Bia.Az

Publik hüquqi şəxs

İqtisadiyyat
 12-08-2022, 10:28     67

Novator.az “Publik hüquqi şəxslər haqqında” qanuna nəzər salıb.

2015-ci il dekabrın 29-da qəbul edilmiş qanunun tətbiqinə 2016-cı il fevralın 3-də fərman verilib. Qanuna görə, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Qarşısına qoyulmuş məqsədlərə uyğun hallarda publik hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul ola, təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Publik hüquqi şəxsin dövlət rüsumu tutmaq hüququ var.

Publik hüquqi şəxsi dövlət adından prezidentin müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından müvafiq bələdiyyə orqanları yarada bilər.


Publik hüquqi şəxs müflis elan oluna bilməz.

Publik hüquqi şəxsin nizamnamə fondu təsisçinin (təsisçilərin) verdiyi əmlak hesabına formalaşdırılır.

Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsi və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.
скачать dle 12.1