Bia.Az

YANACAĞIN BAHALAŞMASINDAN YARANAN ŞOK – “İlin sonuna kimi neftin qiyməti 90 dollara yüksələ bilər”

İqtisadiyyat
 5-10-2021, 14:24     336

Neftin bir barrelinin qiyməti 80 dollara yüksəlib, OPEK xəbərdarlıq edərək bildirib ki, əgər neft sektoruna qoyulan sərmayə artırılmasa, neftin qiyməti daha da arta bilər.

Belə olduqda faydalı qazıntılardan əldə edilən yanacağın sonunun yaxınlaşması barədə bəyanatların dəyəri varmı?
Avropanın iqlim psixozu dünya enerji bazarlarında fırtına yaradaraq, yanacaq qıtlığına və qiymətlərin sıçramasına gətirib çıxarıb. Külək enerjisinin lazımi güclə işlədilməməsi, kömürlə çalışan elektrik stansiyalarının, AES-lərin bağlanmsı və Rusiyadan tədarük olunan təbii qazın həcminin azalması Avropanın “Sıxılmış Təbii Qaz”a (STQ) olan tələbatını kəskin şəkildə qaldırıb. Lakin STQ Avropanı təmin etmək üçün sadəcə kifayət etmir.
İşıqlarının sönməməsi üçün Asiya və Avropa daha çox kömür yandırmaq məcburiyyətində qalır, ancaq kömür də çatışmır. Çində artıq zavodları bağlamağa başlayıblar, çünki yerli hakimiyyətlər enerji istehlakına norma qoyublar. Asiyada təbii qazla işləyən müəssisələr neft yanacağına keçirlər ki, bu da öz növbəsində qiymətləri yuxarı çəkir. “Goldman Sachs”-ın proqnozuna görə, ilin sonuna kimi neftin bir barrelinin qiyməti 90 dollara yüksələ bilər. Bu isə o deməkdir ki, yanacaqdoldurma məntəqələrində bir qalon (3,7 litr) benzinin qiyməti 10-20 sent artacaq. Ağ Evin mətbuat katibi Coana Psaki deyib ki, administrasiya iqtisadiyyatın bərpa edilməsi istiqamətində OPEK də daxil olmaqla xarici tərəfdaşlarla danışıqlar aparır.
OPEK və Rusiya hasilatı tədricən artırır, lakin ABŞ-da neft hasilatı pandemiya öncəsi səviyyədən 15 % aşağıdır. ”İda” qasırğası səbəbindən Meksika körfəzindəki platformaların 20 faizi işləmir. Hətta bu qasırğadan əvvəl də ABŞ-ın neft və qaz çıxaran şirkətləri onlara bəslənən düşmən siyasi münasibət üzündən investisiyanı azaldıblar. Bu yaxınlarda enerji şirkətləri hökumətin tənzimləyici orqanlarının yaratdığı əngəl səbəbindən Pensilvaniyadan Nyu-Cersiyə çəkilməli olan 190 kilometrlik qaz boru xəttinin inşasından imtina ediblər. Demokratlar Partiyasının hakimiyyətdə olduğu şimal-şərq bölgəsinin ştatları qaz kəməri layihəsinin həyata keçirilməsinin qarşısını alıblar. Hazırda paradoksal vəziyyət meyadana gəlib və qaz çatışmazlığı yaşanır. Bu qış Nyu-Yorkda və Nyu-Cersidə yəqin ki, elektrik enerjisi əldə etmək üçün daha çox neft yandırılacaq. ABŞ Daxili İşlər Nazirliyi tərəfindən federal torpaqlarda qazma işləri aparılmasına verilən icazələrin sayı aprel ayında 671 idisə, avqustda bu göstərici 171-ə enib. ABŞ-da hasilat azalarsa, neftin və qazın qiymətləri yüksəklərdə qalacaq.
OPEK və Rusiya ABŞ-dakı neft hasilatının azalmasını kompensasiya edə bilər. Əgər Amerikanın və Avropanın neft nəhəngləri “yaşıl” sərmayəçilərin təzyiqi altında ümumdünya hasilatının azalmasına gedərlərsə, o zaman neft qıtlığı çox böyük olacaq. OPEK-in proqnozuna görə, artan tələbatı ödəmək və mövcud yataqlarda düşən hasilatın yerini doldurmaq üçün 2045-ci ilədək 11,8 trilyon dollar sərmayəyə ehtiyac yaranacaq.
OPEK-in dəyərləndirməsinə əsasən, irəlidəki iyirmi il ərzində dünyada neftə tələbat pandemiya öncəki dövrə nisbətən 8 faiz yüksələcək. Buna aşağı gəlirli ölkələrdə gedən sənayeləşmə prosesi də təsir göstərəcək. Qərb yenilənə bilən mənbələrdən əldə olunan enerjini və elektromobil istehsalını inkişaf etdirsə də, proqnozlara görə 2045-ci ildə neft və qazın həcminin qlobal enerji resurslarındakı payı təxminən indiki kimi olacaq. Həmin vaxta qədər Nigeriya və Qvatemala hələ “Tesla” avtomobili minməyəcək…
OPEK hesab edir ki, 2045-ci ilə kimi dünya neft ixracının 57 faizi Yaxın Şərqin payına düşəcək. 2019-cu ildə bu göstərici 48 faiz təşkil edirdi. Liberallar OPEK-in məruzəsinə biganə şəkildə əl yelləyirlər, amma bu gün enerji resurslarının qıtlığı və qiymətlərin artması dünyanın yadına saldı ki, ona daha çox neft və təbii qaz lazımdır.
“The Wall Street Journal” – (ABŞ)скачать dle 12.1