Bia.Az

Maaş artsın, amma…

İqtisadiyyat
 15-11-2022, 19:34     279

Milli Məclisin deputatı Vahid Əhmədov minimum əməkhaqqının 500 manat olmasını təklif edib.

Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manatdır.
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli maaşların da, pensiyaların da artırılmasına tərəfdardır: “İnflyasiya, qiymət artımı insanların belini büküb, amma artım qərarlarından öncə bir neçə məsələ mütləq həll edilməlidir”.
Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, Azərbaycanda fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri minimum əməkhaqqı məbləğinə bağlıdır: “Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş var. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi, digər şəhərlərdə 80 faiz həddi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi, kənd yerlərində 50 faiz həddi tətbiq olunur. Fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əməkhaqqına bağlantısı aradan qaldırılmalıdır. Çox məntiqsiz qaydadır, aylıq dövriyyəsi 500 manat olan da minimum əməkhaqqının 25 faizini sosial müdafiə qurumuna ödəməlidir, 5000 manat olan da. Bəzi fəaliyyət növlərində hətta 50 faiz ödəniş məcburiyyəti var. Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əməkhaqqı artdıqca sosial sığorta ödənişinin də avtomatik artması doğru yanaşma deyil. Qanunvericilik yenilənməli, ancaq dövriyyədən ödəniş nəzərdə tutulmalıdır. Ödənişin 2 faiz olmasını təklif edirəm.
Daha bir problem odur ki, indiki idarəetmə və iqtisadi sistemdə maaş və pensiya artımı əlavə inflyasiya basqısı yaradır, hətta artım anonsunun özü qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də maaş və pensiyaları artırmaqla paralel vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Ərzaq və dərmanların əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə gömrük rüsumundan tam azad edilməlidir, bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar.
Təbii ki, xroniki xəstəliyə çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir.
Dövlət Sosial Müdafiə Fondunun işləmə qaydaları da dəyişdirilməlidir. Ödədiyimiz vəsaitdən dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə indeksləşdirmir. Ya özəl pensiya fondlarının yaradılmasına və fərdi müqavilələrə icazə verilməli, ya da vətəndaşdan toplanan vəsait hər il ərzaq inflyasiyasına görə indeksləşdirilməlidir.
Ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, dolayı vergiləndirmədir, bu yükün azaldılması dövlətin borcudur”.скачать dle 12.1