Bia.Az

Hamilə qadın koronavirusa yoluxarsa...

İdman
 24-03-2020, 16:34     477

Hamilə qadın koronavirusa yoluxarsa...Rəsmi statistika göstərir ki, epidemiyanın əvvəlindən hamilə və ya yeni ana olan qadınlar arasında koronavirusdan ölüm halları qeydə alınmayıb.

bia.az xarici KİV-lərə istinadla bildirir ki, Çində 147 hamilə qadın koronavirusa yoluxub, onlardan 11 xəstəliyi ağır keçirib və yalnız 1 qadın kritik vəziyyətə düşüb. Bu qadın süni tənəffüs aparatına qoşulub və ona təcili qeysəriyyə əməliyyatı aparılıb. Yeri gəlmişkən, uşaq sağlam doğulub, ana isə sonra sağalıb.

Ginekoloqların fikrinə görə, hamiləlik zamanı istənilən infeksiya (qripp, herpes, KRVİ, sitomeqalovirus və s.) müəyyən risk yaradır. Bu risk xüsusilə hamiləliyin əvvəlində yüksəkdir. Bu zaman embrionun orqan və toxumaları əmələ gəlir və o, virus infeksiyalarına həssas olur. İnfeksiyanın təsirindən döldə hər hansı qüsur formalaşa bilər, hamiləlik pozula, inkişafdan qala bilər. Hamiləliyin daha gec mərhələlərində vaxtından tez doğuş ola bilər.

Bütün bunlar koronavirusa da aiddir. Baxmayaraq ki, koronavirusu az qala “superinfeksiya” hesab edirlər, statistika bu virusun hamilə qadınlar üçün digər infeksiyalardan daha təhlükəli olduğunu göstərmir.

Bu səbəbdən hamilə qadın epidemiya zamanı təşvişə düşməməli (bu onlar üçün xüsusilə ziyanlıdır!) və müəyyən çox sadə qaydalara riayət etməklə koronavirusdan (və həmçinin digər infeksiyalardan) özünü qorumalıdır.

Bunu necə etməli?

- Əllərinizi tez-tez yuyun və ya bu mümkün olmadıqda spirtli vasitələrlə dezinfeksiya edin.

- Asqıran və öskürən insanlardan mümkün qədər uzaq durun.

- İnsanların çox toplaşdığı yerlərə getməyin.

- İctimai nəqliyyatdan istifadə etməyin, dükan, gözəllik salonları və s. yerlərə getməyin.

- Evdən çıxanda tibbi maska taxın.

- Düzgün və tamdəyərli qidalanın.

- Və nəhayət stress və təşvişə düşməyin, optimist olun. Bu hamilə qadın üçün xüsusilə vacibdir!скачать dle 12.1