Çin alimləri koronavirusdan qoruyan qidanın adını açıqlayıblar
Çin alimlərinin fikrinə görə, süd və süd məhsulları koronavirusla mübarizə etməyə yardım edir.
Alimlər sübut edir ki, süd məhsulları immun sistemini möhkəmləndirir və bununla da orqanizmi koronavirus və digər infeksiya və xəstəliklərdən qoruyur.
Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Sağlam bağırsaq mikroflorası immun sisteminin vacib hissəsi sayılır. Bu səbəbdən bağırsaqların mikroflorası pozulduqda immun sistemi daha zəif işləməyə başlayır ki, insan daha tez-tez xəstələnir və gec sağalır.
Axin.az xarici KİV-lərə istinadla bildirir ki, Çində ənənəvi olaraq süd məhsullarının istehlakı çox aşağı səviyyədədir.
Çin mütəxəssisləri hər gün 1 stəkan süd, 30 qr bərk pendir, 1 kasa yoqurt (qatıq) yeməyi tövsiyyə edirlər.