Bia.Az

Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötdü

İdman
 24-03-2020, 12:30     351

Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötdüDünyada koronavirusa yoluxanların sayı artıb.

“bia.az” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, 14,5 mindən çox insan COVID-19-un qurbanı olub.

Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı 332 930 nəfər olub. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb - 170 mindən çox. Həmçinin yeni virusdan 14 510 ölüm hadisəsi haqqında bildirilir. Bu göstəricilərin 8 mindən çoxu Avropanın payına düşür.

COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı Afrikada qeydə alınıb: 990 yoluxma və 23 ölüm.

Son gün ərzində Suriya, Qrenada və Mozambik hakimiyyətləri öz ərazilərində koronavirusa ilk yoluxma halları haqqında bildiriblər.

Qeyd edək ki, ötən gün açıqlanan qeyri-rəsmi məlumatda dünyada koronavirus daşıyıcılarının sayının 350 457 nəfərə çatdığı bildirilirdi.скачать dle 12.1