Bia.Az

Tokio-2020-yə görə türkiyəli hakim ölümlə təhdid olunur

İdman
 9-08-2021, 12:04     29

Tokio 2020-nin karate yarışlarının hakimlərindən biri  türkiyəli Uğur Kobaş ölümlə təhdid olunur.
Fanat.Az xəbər verir ki, buna səbəb ədalət təmsilçisinin kişilərin +75 kiloqram çəki dərəcəsi üzrə Səudiyyə Ərəbistanından olan Tareq Hamedi və İran karateçisi Səccad Gənczadənin final görüşü vaxtı birinci ilə bağlı elan etdiyi diskvalifikasiya qərarıdır.
Baş verənləri şərh edən qarşılaşmanın tatami hakimi qərarının arxasında durduğunu bildirib: "İranlı karateçi yerdə uzananda vəziyyətə müdaxilə edən həkim mənə idmançının görüşü davam etdirə bilməyəcəyini bildirdi. Ayrıca, Dünya Karate Federasiyasının həkimi də "davam edə bilməz" dedi. Qarşılaşmanın yan hakimlərini toplayıb dəyərləndirmə etdik. Onların hamısı mənimlə eyni qənaətdə idi. İranlı idmançı tatamini xərəkdə tərk etdiyi üçün qaydalara əsasən rəqibinə "hansoku" verildi. Mənim üzərimə düşən sadəcə doktorların və hakimlər heyətinin qərarını elan etmək idi".
Görüşdən sonra sosial şəbəkə hesablarına yüz minlərlə şərh və mesaj yazıldığını deyən Kobaş bunların arasında ölüm təhdidlərinin olduğunu, həmçinin ailəsinin də hədə və təhqirlərə məruz qaldığını qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Tokio 2020-dən qazancı Hamedinin gümüş medalı olub. İran isə 32-ci Yay Olimpiya Oyunlarını 3 qızıl, 2 gümüş, 2 bürünc mükafatla başa vurub.скачать dle 12.1