Bia.Az

Messi getdi, "Barselona" qarışdı: Yeni transfer getmək istəyir

İdman
 7-08-2021, 11:00     420

Lionel Messinin gedişindən sonra "Barselona"nın düşərgəsində gərginlik yaranıb.

Fanat.az xəbər verir ki, yeni transferlərdən olan Serxio Aquero komandadan ayrılmaq istəyir. Buna səbəb Messinin gedişi olub.

Belə ki, transferdən əvvəl Aqueroya Messi ilə birlikdə oynamaq vədi verilib. Amma həmyerlisinin gedişi ona pis təsir edib və vəkillərinə müqaviləni pozmaq üçün variantlar axtarmağı tapşırıb.

Qeyd edək ki, Aquero bu yay "Mançester Siti"dən "Barselona"ya keçib.скачать dle 12.1