Bia.Az

Əziz Yıldırım "Fənərbağça"nın prezidenti seçildi

İdman
 Bu gün, 02:36     52

“Fənərbağça” klubunda növbədənkənar prezident seçkiləri keçirilib.

Axar.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri klubun sabiq prezidenti Əziz Yıldırım seçilib.

O, digər namizəd Hakan Safini mübarizədə üstələyib. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbağça”nın prezidenti seçilib. O, növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.

Xatırladaq ki, Yıldırım daha əvvəl 20 il - 1998-2018-ci illərdə “Fənərbağça”nın prezidenti olub. O, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə Əli Koça məğlub olmuşdu. Beləliklə, 73 yaşlı funksioner 8 illik fasilədən sonra yenidən "Fənərbağça"ya rəhbərlik edəcək.скачать dle 12.1