İsrail güclü cavab zərbəsinə hazırlaşır
İsrail İranın ballistik raket zərbələrinə güclü cavab verəcək.
Axar.az xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.
İsrail hərbçiləri bəyan ediblər ki, İsrail ərazisi istiqamətində həyata keçirilən ən azı üç buraxılışdan sonra hazırda bütün atılan raketlər zərərsizləşdirilib.
Mənbələrdən biri dəqiqləşdirib ki, ən azı 10 ballistik raket vurulub.




