Bia.Az

Ermənistanda seçkilərin ilkin rəsmi nəticəsi - TƏCİLİ

Gündəm
 Bu gün, 02:32     48

00:15
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı seçki bülletenlərinin sayılmasını davam etdirir.

Bakupost.az xəbər verir ki, indiyə qədər 362 seçki məntəqəsi (2006 seçki məntəqəsi var - red.) üzrə nəticələr müəyyənləşib.

Hazırda səslər belədir:

Mülki Müqavilə (Nikol Paşinyanın partiyası) — 54,58%

Güclü Ermənistan (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) — 21.98%

“Ermənistan” Bloku (Robert Köçəryanın bloku) — 8.79%

Çiçəklənən Ermənistan (Qagik Çarukyanın partiyası) — 5.19%.

Qeyd edək ki, Ermənistanda 7 iyunda baş tutan parlament seçkilərində 18 siyasi qurum (16 partiya və iki blok) iştirak edib.скачать dle 12.1