AVRO-2024: İspanlar darmadağınla 1/4 finalda

İspaniya Gürcüstanı 4-1 məğlub etməklə növbəti mərhələyə yüksəldi.
***
Olmo 83-cü dəqiqədə ispanların dördüncü qolunun müəllifi oldu: 4-1.
***
Nikol Uiliyams 75-ci dəqiqədə İspaniyanın üçüncü qoluna imza atdı: 3-1.
***
Fabian Ruis görüşün 51-ci dəqiqəsində İspaniyanın ikinci qolunu vurdu: 2-1.
***
Rodri 39-cu dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.
***
İspaniya millisinin üzvü Normand matçın 18-ci dəqiqəsində avtoqol müəllifi oldu: 0-1.***
Avro-2024-də 1/8 final mərhələsi davam edir.
Globalinfo.az xəbər verir ki, İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşır.
“Rayn-Energi” stadionunda keçirilən oyunu fransalı referi Fransua Letekse idarə edir.