BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi
arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki
qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif
tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti və
“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları arasında keçirilən
mini futbol üzrə yoldaşlıq görüşü olub. Səbail rayonu Salyan
şossesindəki İdman və istirahət parkında təşkil edilən yoldaşlıq
görüşünü hər iki qurumun rəhbərləri, əməkdaşları və İctimai Birliyin
könüllüləri izləyib.
Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni
zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da
möhkəmləndirilməsi olan oyun böyük maraqla qarşılanıb və
azarkeşlərin alqışları ilə müşayət edilib.
Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra
komandalar birgə xatirə şəkli çəkdirib və bu kimi yarışların ənənəvi
olaraq keçirilməsi qərara alınıb.
Dia-az.İnfo