Bia.Az

Tarix yazan Gürcüstan millisi 30 milyon mükafat aldı

İdman
 28-06-2024, 00:24     747

Gürcüstan millisinin futbolçuları Avropa çempionatının pley-off mərhələsinə yüksəldikləri 30 milyon lari (10 milyon dollardan çox) mükafat alıblar.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

O qeyd edib ki, növbəti oyun üçün də belə bir mükafatın komandaya veriləcəyini bildirib.

Qeyd edək ki, Gürcüstan seçməsi ötən gün Portuqaliya millisini məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Qonşumuz 1/8 finalda iyunun 30-da İspaniya ilə qarşılaşacaq.скачать dle 12.1