Bia.Az

Pedofil mağazanın soyunub-geyinmə otağında məktəbliyə təcavüz etdi

Hadisə
 10-03-2020, 13:02     362

Pedofil mağazanın soyunub-geyinmə otağında məktəbliyə təcavüz etdiRusiyanın Sankt-Peterburq şəhərində yerləşən ticarət mərkəzlərinin birində pedofil yeniyetməyə təcavüz edib.

REN TV-nin xəbərinə görə, 13 yaşlı qız mağazaların birinin soyunub-geyinmə otağında təcavüzə uğrayıb.

Bu barədə qızın atası hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə baş verən əraziyə gələn əməliyyatçılar şübhəli şəxsin görüntülərini əldə ediblər.

Həmin şəxsin kimliyi müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.скачать dle 12.1