Bia.Az

Feminist qızın intiharına kimlər səbəb olub? — FOTOFAKT. YENILƏNIB

Hadisə
 10-03-2020, 12:23     358

Feminist qızın intiharına kimlər səbəb olub? — FOTOFAKT. YENILƏNIB


“Birazdan intihar edirəm. Rahat olun, nə siz, nə də sizin kimilər mənə lazım deyil. Kimlərəsə inandınız, daha doğrusu məndən başqa hamıya”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə intihara cəhdindən əvvəl yazıb.

O, “Facebook” sosial şəbəkəsində onu bu addımı atmağa vadar edənləri günahlandırıb.

“Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım. Son bakal içki və intihar. Necə gözəl səslənir, onda görərsiniz intiharın ən gözəli necə olur. İntiharımda isə Libre, Əsli və Qurban günahkardır. Mənim üstümdə oyun oynadılar. Mən isə son dəfə deyirəm, məhv olsun Patriarxat, yaşasın Feminizm!! Salamat qalın....”,- deyə qeyd edib.
Qeyd edək ki, Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Feminist qızın intiharına kimlər səbəb olub? — FOTOFAKT. YENILƏNIBскачать dle 12.1