Bia.Az

“CİDDİ NƏTİCƏLƏR ÇIXARMALIYIQ Kİ, BİZİ NƏ GÖZLƏYİR...” – “Sülhməramlılar artıq yeni təhlükə mənbəyi yaratmağa başlayıblar”

Gündəm
 13-11-2021, 21:19     63

Hazırda Qarabağda baş verənlər göstərir ki, həm Ermənistan, həm də ərazidəki rus sülhməramlıları vəziyyəti gərginləşdirməklə “nə müharibə, nə də sülh” atmosferinin hökm sürməsində maraqlıdırlar. Qarabağdakı sülhməramlıların düşərgəsində “Rusiya şöhrət xiyabanı”nın açılması, Ermənistan ordusunun Laçın istiqamətində Qaragöl ətrafında nəzarəti ələ almaq cəhdi, eləcə də Laçın dəhlizindəki son insident bunun təzahürü sayıla bilər.

“AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı, Xocalı şəhərinin sabiq icra başçısı Elman Məmmədovla müzakirə edib.

- Elman müəllim, məlum olduğu kimi, rus sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsində “Rusiya şöhrət xiyabanı” açılıb, heykəl qoyulub. Rusiyanın bu addımını necə qiymətləndirirsiniz?
- Mən Qarabağdakı vəziyyət, sülhməramlılar və bizim mövqe və məqsədlərimiz haqda dəfələrlə fikrimi bildirmişəm. Biz 44 gün Vətən müharibəsi apardıq, ərazi bütövlüyümüzü təmin etdik. Bu gün Laçın dəhlizi adlandırdığımız ərazidəki Azərbaycan-Ermənistan dövlət sərhədinin 5 kilometrlik hissəsindən savayı bütün sərhədimizə özümüz nəzarət edirik. Və təəssüflər olsun ki, bu 5 kilometrlik ərazi rusların nəzarətindədir.
Aydındır ki, sülhməramlı missiyanın özünə aid səlahiyyət dairəsi var. Bununla bağlı beynəlxalq hüquqda sənədlər mövcuddur. Bu sənədlərdə sülhməramlı kimdir və hansı səlahiyyətlərə malikdir, nəyi edə bilər, nəyi edə bilməz, habelə sülhməramlı kim ola bilər kimi məsələlərə aydınlıq gətirilir. Təəssüflər olsun ki, Rusiya sülhməramlı kontingenti adı altında Azərbaycan ərazisinə gələn rus hərbçiləri gəldikləri gündən etibarən sülhməramlı missiyasına aid olmayan işlərlə daha çox məşğul olur, nəinki sülhməramlı missiyaya aid olan fəaliyyətlə. Yəni bunlar qanunlarımızı pozmaqla, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmətsiz yanaşmaqla məşğuldurlar. Bunlardan biri də sizin sualda qoyduğunuz məsələdir.
Xocalı hava limanı Xocalı şəhərinə bitişikdir. Hava limanının ətrafı bizim yaşayış evlərimiz olub. Bu gün sülhməramlıların qərargahı həmin ərazidə yerləşir. Özlərinə rus pravoslav kilsəsi tikiblər. Yaxşı, Muradovdan, Anaşkindən və ya rus əsgərlərindən soruşaq, görək, onlar Rusiyada olan kilsəyə gedirdilərmi? Xeyr, getməyiblər. Bu gün onlara burada kilsə lazım idi? Kilsə onlara ibadət etmək üçün lazım deyil, onlar kilsəni bizim torpaqlarda nişanə qoymaq üçün tikirlər. Yəni biz buradayıq. Bu, xüsusi bir mesajdır. 5 il tamam olanda bunlar həmin kilsəni qoltuqlarına vurub Rusiyaya aparacaqlar? Yox. Bu, tikilidir. Deməli, belə çıxır ki, bunların 5 ildən sonra nə buradan getmək fikri yoxdur, nə də sülh yaratmaq. Aleksandr Nevskidən tutmuş Lermontova qədər neçə nəfərin gətirib orada heykəllərini qoyublar. Yaxşı, məqsəd nədir? Bu adamların Azərbaycana, Qarabağa nə aidiyyatı var? Bununla Rusiya dövləti bizə nə demək istəyir? Bəlkə demək istəyir ki, Gürcüstanı param-parça etdik, indi Osetiya və Abxaziyada insanların əksəriyyətinin cibində Rusiya pasportu var, sabah bu ərazidə yaşayan ermənilərin də cibində rus pasportu olacaq.
Bunlar gəldiyi gündən separatçı qurumla əməkdaşlıq edir, onların təminatı ilə məşğul olurlar. Bu gün Azərbaycan ərazisində Ermənistan dövlətinə məxsus hərbi birləşmələr hələ də qalır. Onların bütün təminatı Laçın dəhlizindən gəlir. Bunlar müəmmalı işlərdir və gələcəkdə Azərbaycan dövləti üçün ciddi təhlükələr yarada biləcək məsələlərdir. Bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Xankəndinə gəlir və oradakı qondarma “artsax”a aid müdafiə postlarını yoxlayır. Bu nə deməkdir? Bunu başa düşmək çətin deyil. Sən Azərbaycan ərazisinə hansı haqla, yolla gəlmisən? Sözsüz ki, sülhməramlıların razılığı və müşayiəti ilə gəlmisən. Koçaryan, Sarqsyan da həmçinin. Sözsüz ki, burada ermənilərdən daha çox günahkar və məsuliyyət daşıyan rus sülhməramlılarıdır. Çünki onlar üzərlərinə düşən vəzifəni sülhməramlı yox, “erməniməramlı” kimi icra edirlər. Onlar artıq bizim üçün yeni təhlükə mənbəyi yaratmağa başlayıblar. Bunların fəaliyyətindən belə çıxır ki, bu bölgədə münaqişə ocağının sönməsinin tərəfdarı deyillər. Əksinə, onlar istəyirlər ki, bu təhlükə ocağı daimi olaraq qalsın və istədikləri vaxt onu alovlandıra bilsinlər. Ermənistan da bunu inkar etmir. Ermənistanın bu gün hakimiyyətdə olan siyasi rəhbərliyi, elə müxalifətdə olanlar da açıq bəyan edirlər ki, biz, bu məğlubiyyətlə barışmırıq, onu qəbul etmirik. Bu əraziləri də yenidən işğal etmək niyyətlərini ifadə edirlər. Bu mənada biz ciddi nəticələr çıxarmalıyıq ki, bizi nələr gözləyir. Ulu öndərimiz qeyd edirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Biz qələbə qazanmışıq, torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüzü təmin etmişik. Hesab etməməliyik ki, bununla işimiz bitdi. Qarşıda bizi bu namərd dünyada ciddi və gərgin işlər gözləyir.
- Nəyi nəzərdə tutursunuz?
- Ermənilər dirçəlməyə başlayacaq. Onlar özbaşına dirçələ bilməzlər, çünki bunun üçün gücləri yoxdur. Onları dirçəldən qüvvələr var - Rusiya, İran, Fransa kimi ölkələr. Məhz bu səbəbdən də revanşist bəyanatlar səsləndirirlər. Amma mənim şəxsi qənaətim belədir ki, onların cəhdləri əbəsdir. Niyə? 1915-ci il hadisələrini yada salaq. Ermənilər o zaman yaşadıqları Osmanlı ərazisində xəyanət və satqınlıqla məşğul olublar. Və Türkiyəyə qarşı üsyan qaldırıblar. Onları o zaman aldatmışdılar ki, həmin ərazilərdə sizə dövlət yaradacağıq. Bunun da nə ilə nəticələndiyi məlumdur. İndi həmin dövrdən bu yana ermənilər Türkiyəyə qarşı ərazi iddiası ilə yaşayırlar və hətta bunu konstitusiyaya salıblar. Amma 100 ildə nəyə nail oldular? Bu gün də bizə qarşı iddialar səsləndirirlər. Hesab edirəm ki, bunlar xəstə təfəkkürün məhsuludur, sabun köpüyü və mifdən başqa bir şey deyil.
- Elman müəllim, bir neçə gün əvvəl Ermənistan ordusunun növbəti təxribat aktı ilə qarşılaşdıq. 60-dan çox hərbçi Qaragöl ətrafına gələrək burada post qurmağa, ərazini nəzarətə almağa çalışdı. Azərbaycan ordusu bunun qarşısını aldı və araya rus sülhməramlıları girərək, erməniləri əsir düşməkdən xilas etdi...
- Belə cəhdlər hələ çox olacaq. Mən I Qarabağ müharibəsində 4 il Koçaryan, Sarqsyan, Balasanyan və digər “yan”larla üz-üzə döyüşdə olmuşam, çox şey görmüşəm. Bunlar nəticə çıxara bilmirlər. Qaragöl ətrafında da ruslar onların köməyinə gəldi. Ruslar olmasaydı, 60 nəfəri əsir götürərək gətirib it kimi saxlayacaqdıq. Amma rus yenə onları xilas etdi. Bu gün 1990-cı illərin Azərbaycanı yoxdur. Güclü orduya malik Azərbaycan var. Azərbaycan Ordusu sözünü deyib və hər an da deməyə hazırdır. Mən bir məsələyə də fikrimi bildirmək istəyirəm, ola bilsin ki, səhvdir, amma bu, mənim rəyimdir. Nə qədər ki, biz ermənilərlə qonşuyuq və Cənubi Qafqazdan erməni deyilən qaraçı tayfası yox olub getməyib, onlar 10 il, 100 il də keçsə, orada bizimlə düşmənçiliklərini davam etdirəcək, torpaq iddiasında olacaqlar. Hesab edirəm ki, zaman gələcək və sonuncu erməninin bu torpaqlardan getməsi məsələsi müzakirə ediləcək... - Deyirsiniz ki, bundan sonra da Ermənistanın təxribatlarını gözləmək lazımdır. Bəs, bu kimi hallar ciddi hərbi qarşıdurmalara gətirib çıxara bilərmi?
- Təbii ki, ola bilər. Bizim Müdafiə Nazirliyinin xəbərdarlığı oldu. Qeyd edildi ki, belə təxribatlar baş verəcəksə, gördüyümüz tədbirlər daha sərt olacaq. Bu təxribatların olacağı istisna deyil. Bunlar həmişə olacaq. Müxtəlif səviyyələrdə və ölçülərdə. Azərbaycan Ordusu bu təxribatların qarşısını almağa hazırdır və hazır olmalıyıq da. Çünki qonşu namərddir. Lap sülh sazişi imzalansa, əməkdaşlıq başlansa və əlaqələr yaransa belə, yenə də onlara etibar yoxdur. Ata-babadan məsəl var: itlə yol yoldaşı olsan da, çomağı əlindən yerə qoyma!
- Bütün bu təxribatların həm də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşəcəyi haqda məlumatların yayıldığı dövrdə baş verməsi təsadüf sayıla bilərmi?
- Üç dövlət başçısının görüşü üçün görüşdən əvvəl müzakirə ediləcək məsələlərə dair baza yaradılır, razılaşmalar əldə olunur. Yəni bu, elə-belə, hazırlıqsız olmur. Hazırlıqlar gedir. Məncə, bu prosesi Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyi ilə pozur. Görüşün ləngiməsinin və hələ baş tutmamasının səbəbkarı da zənnimcə, Ermənistandır. Gördünüz ki, Peskov əvvəl görüşlə bağlı bəyanat verdi, sonra mövqeyini dəyişdi. Məncə, səbəb Ermənistanın yaramaz mövqeyidir.
- Zəngəzur dəhlizinin açılması prosesi də ləngiyir...
- Məncə, üçtərəfli görüşlərdə bu məsələ qəti şəkildə həllini tapmalıdır. Orada da mübahisəli məsələlər var. O mənada ki, dəhlizə hansı qüvvələr nəzarət edəcək. Bu gün üçün əsas iddiaçı Rusiyadır.
Əlbəttə, başqa məsələlər də var. Ermənilərin arzuladığı yolların və kommunikasiyaların açılması. Həmçinin, bizim də haqlı tələblərimiz, şərtlərimiz var. Onlar Zəngəzur dəhlizinə problem yaradandan sonra Azərbaycan da sülhməramlıya deyəcək ki, Laçın dəhlizi mənimdir. Mənim Zəngəzur dəhlizim açılmırsa, mən də Laçın dəhlizini bağlayıram. İndi gəlin görək bu, kimə xeyir və kimə zərərdir.скачать dle 12.1