Bia.Az

TƏCİLİ!!! PAŞİNYANIN “U” DÖNÜŞÜ – Fransa və Rusiyanın SENSASİON PLANLARI ÜZƏ ÇIXDI

Gündəm
 15-05-2021, 15:26     1 056

Mayın 13-də gecə Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını keçirərək, 240 Azərbaycan hərbçisinin Ermənistan ərazisində olduğunu bildirib, buna görə də xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurası katibinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə bağlı tapşırıq verib.

Paşiyanın açıqlamasının ardınca Fransa prezidenti Emmanuel Makron dərhal bəyanat yayaraq Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə ittiham edib. “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa həmrəylikdir və belə qalacaq”.
Fransanın reaksiyası bununla yekunlaşmadı, Makron N.Paşinyana telefon açıb, sərhəddəki durumu müzakirə etdi. Bunun ardınca: 

- Rusiya xarici işlər naziri Lavrov Ermənistan XİN rəhbəri Ayvazyanla telefonla danışıb, ardınca Ceyhun Bayramova zəng edib, vəziyyəti müzakirə edib;
- ATƏT-in sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan XİN rəhbərlərinə zəng edib;
- ABŞ Dövlət Departamenti sözçüsü Azərbaycan və Ermənistana təmkinli olmaqla bağlı çağırış edib;
- ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez və bir neçə ermənipərəst konqresmen Baydenə müraciət edərək Azərbaycan əleyhinə çağırışlar ediblər;
- N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə bağlı sənəd imzalayıb;
- KTMT açıqlama yayaraq hadisələrin gedişatından asılı olaraq, zərurət yaranarsa, müvafiq addımlar atılacağını bildirib və s…
Paşinyanın təxribatçı bəyanatı və ondan sonra işğalçı Ermənistanın əbədi hamiləri Rusiya və Fransanın Azərbaycana qarşı hərəkətə keçməsinin səbəbləri olduqca aydın və bəsitdir. Müharibədən sonra sülh, əməkdaşlıq carcısına çevrilmiş Paşinyanın da qəfil “U” dönüşü” edərək, təxribatçı açıqlama verməsinin nədən qaynaqlandığı məlumdur. Bütün bunlara aydınlıq gətirmək üçün cəmi bir neçə gün əvvəl baş verənlərə diqqət yetirmək lazımdır.

Rusiyanın xarici işlər naziri mayın 10-11-də Azərbaycanda səfərdə oldu. O, Bakıya İrəvan ziyarətindən bir həftə sonra gəlmişdi. Səfərdən əvvəl məlum idi ki, Lavrov Qarabağa dair yeni Fransa-Rusiya birgə təşəbbüsünü təqdim etməyə gəlir. “Yeni təşəbbüs” deyəndə əslində onun mahiyyətində yenilik yoxdur. 
44 günlük müharibədən əvvəl Azərbaycanın rədd etdiyi Madrid prinsiplərini başqa ad altında yenidən gündəmə qaytarmaq cəhdidir. Yəni Minsk Qrupu yenidən fəallaşsın, Qarabağın statusunu həmsədrlər müəyyən etsin, “hərbi əsirlər” qaytarılsın və s. Azərbaycan rəhbərliyi bu təkliflərin hamısını dəfələrlə rədd edib, Prezident İlham Əliyev bir neçə ay əvvəl Bakıya təşrif buyuran həmsədrlərin üzünə deyib. Rəsmi Bakı bəyan edir ki, Minsk Qrupunun 29 ildə edə bilmədiyini özü edib, torpaqları işğaldan güc yolu ilə azad edib, bundan sonra ölkənin kiçik bir ərazisində bir neçə min erməni separatçısına hər hansı status verməyəcək. Eyni zamanda atəşkəsdən sonra Azərbaycan ordusunun mövqelərinə hücum edərkən tərk-silah edilmiş erməni yaraqlıları diversant-terrorçular olduğundan, onları haqlı olaraq hərbi əsir hesab etmir.
Sergey Lavrov Bakı səfərinə hazırlaşarkən, Prezident İlham Əliyev dövlət televiziyasına müsahibə verərək, onun qaldıracağı məsələlərin əksəriyyətinə “yox” cavabı verdi və ümumiyyətlə belə müzakirəyə şərait yaratmadı. Nəticədə, Rusiyanın baş diplomatı Azərbaycandan narazı və əliboş döndü. Ceyhun Bayramovla görüşdən sonra azərbaycanlı jurnalistlərin sərt sualları ilə üzləşən Lavrovun qəzəbini onun mətbuat katibi Marya Zaxarova yaydığı foto ilə söndürməyə cəhd etmişdi.

Bu səfərdən iki gün sonra Azərbaycan Prezidenti və ölkənin siyasi, mədəni elitasının iştirakı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Əlbəttə, bu təkcə mədəniyyət tədbiri deyildi, hərbi zəfərlə işğaldan azad edilən, qələbənin simvolu sayılan mədəniyyət paytaxtında Azərbaycanın əbədi varlığının möhtəşəm nümayişi idi. Festival şübhəsiz ki, Ermənistanda seçkiqabağı çətin vəziyyətlə üzləşmiş Paşinyan hakimiyyəti üçün böyük zərbə idi. Çünki Paşinyanın Şuşada yallı getməsindən cəmi bir il sonra Azərbaycan həmin məkanda təntənəli musiqi bayramı keçirirdi.
Festivalın erməni cəmiyyətinə hədsiz təsirini yerli mediada verilən reaksiyalardan duymaq mümkün idi: onlar məğlubiyyətin ağrı-acısını yenidən yaşadılar və bu reaksiya məğlubiyyətin baş memarı Paşinyan üçün öldürücü idi. Onun rəqibləri Ermənistan miqyasındakı yas əhval-ruhiyyəsi üzərindən yenidən Baş nazirə yükləndilər.
Nəticədə, Paşinyan seçki kampaniyasına vurulan ağır zərbəni kompensasiya etmək üçün məsuliyyətsiz “Azərbaycan Ermənistanı işğal edir” kimi təxribatçı açıqlama verməyə məcbur oldu.
Azərbaycan Xarici İşlər Nazirliyi dərhal açıqlama yayaraq sərhəddə baş verənlərə aydınlıq gətirdi və Ermənistanı təxribatçı əməllərindən çəkinməyə çağırdı. Bəyanatda deyilir: “10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir...”
Əlbəttə, rəsmi Bakının bu təmkinli, soyuqqanlı izahı Rusiya və Fransa üçün qanedici ola bilməzdi. Onlar fürsəti fövtə vermək istəməyib Azərbaycana qarşı hücum xarakterli bəyanatlar səsləndirməyə başladılar. Fransa prezidenti Emmanuel Makron daha irəli gedərək, rəsmi Parisin guya bərpa etməyə çalışdığı bitərəf vasitəçi missiyasını unudaraq Azərbaycanı işğalçılıqda ittiham etdi.
Beləliklə, Paşinyanın qaldırdığı hay-küyün, maraqlı tərəflərin ona reaksiyasının səbəbləri aydın olur:
- Paşinyan seçkiqabağı aldığı zərbəni kompensasiya etmək istəyir;
- Fransa rəhbərliyi bu məsələdə Paşinyana açıq dəstək verir və eyni zamanda Azərbaycanı təzyiq altında saxlamaq siyasətini daha da gücləndirir;
- Azərbaycandan istədiyini ala bilməyən Rusiyanın maraqları aydındır, bu barədə yuxarıda ətraflı bəhs olunub. Qısaca onu qeyd edək ki, Moskva məsələni böyüdüb rəsmi Bakını daha da sıxışdıraraq, qoyduğu tələblərlə razılaşdırmağa çalışır. 
-ABŞ və ATƏT-in mövqeyi isə ənənəvi xətdən kənara çıxmayıb, onlar gərginliyin yenidən hərbi müstəviyə çıxmasını istəmirlər.
Azərbaycanın bu situasiyada əsas hədəfi soyuqqanlı, təmkinli siyasət yürütmək, strateji müttəfqi Türkiyə ilə məsləhətləşmələrə başlayıb birgə addımlar atmaq olmalıdır.

Hadisələri şərh edən politoloq Elxan Şahinoğlu da düşünür ki, Ermənistan işğalın əbədi olacağını güman edirdi: “Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və Qarabağ üzərindən sərhədlərimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə ermənilər buna alışmayıblar. Ona görə haray-həşir salırlar. Bizə aid olan ərazilərin Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi Ermənistanda parlament seçkisi öncəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mövqelərini zəiflədir. Ona görə də o və onun nazirləri gün ərzində Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir”.
Eskpertin sözlərinə görə, İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. “Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa, demək onun bölgəyə səfərinin nəticəsi olmayıb. Lavrov Azərbaycana səfər etdi deyə biz öz haqlarımızdan imtina edəsi deyilik, əksinə, Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq”, -deyə Şahinoğlu vurğulayıb.
Politoloq hesab edir ki, Azərbaycan doğru bildiyi işi davam etdirməlidir: “Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır. Moskvadan zənglər ola bilər, ancaq onlara veriləcək cavabımız da var: “Biz sərhədlərimizi müəyyənləşdirir və bizə aid olana sahiblənirik"”.
E.Rüstəmli
“AzPolitika.info”скачать dle 12.1