Bia.Az

BAYDEN "ERMƏNİ SOYQIRIMI" DEYƏN İLK ABŞ PREZİDENTİ OLDU - Türkiyədən sərt REAKSİYA (Yenilənib)

Gündəm
 26-04-2021, 11:12     252

ABŞ prezidenti Co Bayden uydurma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında “soyqırımı” ifadəsindən istifadə edib.

Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik” -  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.
“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, - deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

"ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 24 aprel 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və ən şiddətli şəkildə qınayaraq rədd edirik”.
Bu isə Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, sözügedən açıqlamanın heç bir elmi və hüquqi əsası olmadığı məlumdur, 1915-ci il hadisələrinə aid olan beynəlxalq hüquqda yer alan “soyqırım” ifadəsinin istifadə olunması üçün heç bir əsas yoxdur və tarixdə çox böyük təhrifdir: “Tarixi həqiqətləri təhrif edən ABŞ Prezidentinin bu açıqlaması Türk xalqı tərəfindən heç vaxt qəbul olunmayacaq və qarşılıqlı inamımızı, dostluğumuzu sarsıdan dərin bir yara açacaqdır”, deyə bildirilən açıqlamada qeyd olunub: “ABŞ prezidentini müəyyən siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvi düzəltmək üçün, tarixdən düşmənçilik yaratmağa çalışan bu dairələrin gündəminə xidmət etmək əvəzinə, bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc, yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə dəvət edirik”.
ABŞ prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı "soyqırım" sözünü istifadə edərək, Türkiyəyə qarşı çox böyük səhvə yol verdi. Bunu  isə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan bildiriblər: "Erməni diasporunun iddialarını təsdiqləmək əvəzinə, C.Bayden bu hadisələrin araşdırılmasına çağırmalı idi. ABŞ bunun Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olduğunu anlamalıdır və Baydenin açıqlamaları cavabsız qalmayacaq.
Baydenin açıqlamalarına baxmayaraq, bir daha Türkiyədə ermənilərə qarşı soyqırımı olmadığını və Baydenin açıqlamalarının heç bir qanuni əsası olmadığını bəyan edirik".

"ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.
Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni anım günü münasibətilə etdiyi çıxışına dair şərhində deyilir.
“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək, gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.
100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.
Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.скачать dle 12.1