Bia.Az

İran kimsə “Araz” deyən kimi coşur - Bakıdakı ingilis səfirin tviti...

Gündəm
 10-02-2021, 10:09     316

Ərdoğanın şeirinin ardınca İngiltərənin Bakıdakı səfirinin Araz çayının sahilindən paylaşdığı “Salam, İran” tviti qonşu ölkədə etiraz doğurdu, səfir “İranın parçalanmasını yuxularında da görə bilməyəcəklər” dedi

İngiltərənin Bakıdakı səfiri Ceyms Şarpın Araz çayının sahilindən paylaşdığı “Salam, İran” tviti qonşu ölkədə narazılıq yaradıb. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında çıxış edərkən Araz çayı haqda şeiri Tehranda ciddi narahatlıq doğurmuşdu.

İndi isə İranın Azərbaycandakı səfiri Abbas Musəvinin özünün Twitter hesabında İngiltərə səfirinə “İrandan salam” cavabı qonşu ölkədə müxtəlif reaksiyalara səbəb olub. Sosial şəbəkənin İran seqmentinin istifadəçiləri ingilis diplomatın paylaşımını ölkələrinin “ərazi bütövlüyünə yönəlmiş üstüörtülü mesaj” kimi qəbul ediblər.

Abbas Musəvinin ile ilgili görsel sonucu
Abbas Musəvi

Buna görə də bir sıra iranlı sosial şəbəkə istifadəçiləri “yumşaq” cavabına görə İranın Azərbaycandakı səfirini qınayıblar. Onlar səfirin İran xarici işlər nazirinin müavini olduğu dövrdəki mövqeyindən fərqli mövqe sərgilədiyini, danışıq və davranışlarının dəyişildiyini yazıblar. Səfir bu reaksiyalara ikinci tvitlə cavab verib: “Narahat olmayın. Bütöv və güclü İranın parçalanmasını heç vaxt, heç yuxularında da görə bilməyəcəklər”.

Qeyd etdiyimiz kimi, əvvəl Türkiyə prezidentinin, indi də İngiltərə səfirinin sözlərindən İran möhkəm qəzəblənir. Niyə Araz deyəndə, yaxud Arazın yaxınlığından İrana salam göndərəndə Tehran rəsmiləri bu cür reaksiyalar verirlər? Yeri gəlmişkən, xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpuslarının nümayəndələri fevralın 6-da işğaldan azad edilmiş ərazilərə səfər ediblər. İkinci dəfə baş tutan səfərə İran səfiri qatılmayıb.

Deputat Razi Nurullayev ile ilgili görsel sonucu

Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, diplomatların hər bir sözünün, jestinin, hətta oturuş tərzinin anlamı var. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlərdə müxtəlif jestlər və cümlələr fərqli başa düşülür: “İngilislər də olduqca soyuqqanlı xalqdır. Onların səbr və dözümlə, jestlərlə fikirlərini izah etməsi tarixdən məlumdur. İran da bu baxımdan salamlaşma mesajını belə başa düşüb. Ancaq ingilis səfirin İranla sərhəddə salamlaşmasını dost mövqeyi kimi qəbul etmək olardı, burada narahatlıq doğuran məqam yoxdur. İran dövləti üçün İngiltərənin zərərli siyasəti də olmayıb. Hərçənd ki, ingilislər siyasətdə ”hiyləgər" ola bilirlər, amma İrana qarşı olmayıblar".

R.Nurullayev qeyd etdi ki, ingilis səfirin tvitini İranın belə qəzəblə qarşılaması aydın deyil: “Ərdoğanın şeirinə gəlincə, yerinə düşmüşdü. Türkiyə prezidenti heç də İrana söz atmırdı. Azərbaycan dövləti də İranla münasibətlərin normal olmasında maraqlıdır, Prezident Xudafərinə gedəndə onu ”dost körpüsü" adlandırmışdı, bizim İrana qarşı ərazi iddiamız yoxdur. Sadəcə, İranı narahat edən odur ki, Azərbaycan Türkmənçay müqaviləsi ilə ikiyə bölünüb, Araz çayı da müxtəlif folklorlarda bu ayrılığı ifadə edir".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, İran tərəfinin bu cür reaksiyası başadüşülən deyil. Onun sözlərinə görə, ingilis səfirinin İranı salamlamasında pərdəarxası ismarışlar axtarmağa ehtiyac yoxdur. “Söhbət ondan gedir ki, Xudafərin işğaldan azad olunub, cənub sərhədlərimiz bərpa olunub, Azərbaycan və İran körpü vasitəsilə birləşiblər. Bu, tarixi ədalətin öz yerini tapmasıdır. İndi ikinci dərəcəli hansısa eyham axtarmaq lazım deyil”,- deyə, ekspert “Yeni Müsavat”a şərh etdi.

Zaur Məmmədov ile ilgili görsel sonucu
Zaur Məmmədov

Z.Məmmədov rəsmi Tehranın Azərbaycanın İrana qarşı hər hansı addım atmadığını yaxşı bildiyini düşünür: “İranda 30 milyon azərbaycanlının yaşamasına baxmayaraq, qonşu dövlətdə vəziyyətin gərginləşməsi, orada etnik, dini zəmində problemlərin qabardılması heç zaman Azərbaycan tərəfinin marağında olmayıb.  Baxmayaraq ki, İranda azərbaycanlılardan fərqli olaraq ermənilərin məktəbləri, ana dilində tədrisi var, Ermənistanın baş naziri Nikol Paşinyan ora səfər edəndə xoşagəlməz hal yaşanmışdı. Bütün bunlara baxanda əmin oluruq ki, İranda bəzi şovinist qüvvələr Türkiyə və Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı olduqlarını ehtiva edirlər”.

Ekspert yada saldı ki, həm ABŞ, həm bəzi NATO dövlətləri vaxtilə Azərbaycandan İrana qarşı platsdarm kimi istifadə etmək istəyib: “Ancaq rəsmi Bakı buna əsla razılaşmadı. Halbuki Azərbaycana çox ciddi təkliflər və təzyiqlər var idi. Bu baxımdan, keçmişə baxmaq lazımdır. Biz region ölkələri bölgədə sabitlik üçün əlimizdən gələni etməliyik. Üstəlik, Cənubi Qafqazda yeni reallığın yaranması, torpaqlarımızın işğaldan azad edilməsi İranın da maraqlarına cavab verir”.

BİA.AZ
скачать dle 12.1