Bia.Az

Almaniya mühüm hərbi gücə çevrilir - Stoltenberq

Gündəm
 Bu gün, 00:50     0

Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Der Şpigel" jurnalına müsahibəsində deyib.

"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.

O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.

"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.скачать dle 12.1