Bia.Az

Ağsu Rayon Mərkəzi Xəstəxanasıda virusla mübarizə sahəsində ciddi işlər görür

Gündəm / Cəmiyyət
 1-12-2020, 12:14     617

Hazırda bütün dünya ölkələri,eləcə də Azərbaycan COVİD19 adlanan virusla mübarizə aparır.Kütləvi yoluxma halları durmadan hər gün artır. Yoluxma hallarının qarşını almaq üçün ilk növbədə gecikdirmədən analiz vermək lazımdır. Xəstəliyin tez aşkar edilməsi onun tez müalicə olunmasına səbəb olur. Əks halda virusun yayılma arealı dahada böyük ola bilər. Digər mübarizə üsulları isə sanitar gigiyenik qaydalara əməl etmək,maskadan istifDə edərək, ara məsafəsi saxlamaq,insanların sıx olduqları ərazilərdən uzaq durmaq lazımdır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasıda virusla mübarizə sahəsində ciddi işlər görür. Analiz verməyə gələb xəstələrdən yaxma götürülür, müraciət edən insanlar üçün dezinfeksiya ləvazimatları və həkim təhkim olunur. İnsanların çox toplandığı ərazilər, dövlət obyektləri vaxtaşırı dezifeksiya olunur. Bizdə Xeberci.info olaraq insanlara sağlamlıqlarının qeydinə qalmalarını, tibbi maskalardan istifadə etmələrini,ara məsafəsi saxlamalarını, sanitar gigiyenik qaydalara əməl etmələrini tövsiyə edirik.
скачать dle 12.1