Bia.Az

Yeni dövlət yaradırdılar, Əliyev qarşısını aldı – İndi Ərdoğan hərəkətə keçib

Gündəm
 4-12-2024, 00:15     527

“Yaxın Şərq regionumuza çox yaxındır. Bundan başqa, əsas iştirakçılar eynidir. Söhbət Rusiya, Qərb, Qərbin arxasında duran ABŞ-dakı İsrail lobbisi və İrandan gedir. Göründüyü kimi, iştirakçıların eyni olması oradakı proseslərin bizə də təsir etməsinə səbəb olur”. 

Bu sözləri Globalinfo.az-a müstəqil ekspert Çingiz Məmmədov Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki son hadisələrin Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırki mərhələsinə təsiri haqda danışarkən deyib.

O qeyd edib ki, bu təsirin müsbət, ya mənfi olması sual doğurur:

“Hazırda Yaxın Şərqdə, konkret olaraq Suriyada baş verən hadisələrdə qüvvə mütənasibliyinin bizim xeyrimizə, yoxsa ziyanımıza inkişaf etdiyinə nəzər yetirməliyik. Bir daha qeyd edim ki, burada əsas iştirakçılar Qərb, İran, Rusiya və Türkiyədir.

Azərbaycan 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi. Bu gün isə müstəqil xarici siyasətini qurur. Bu, yuxarıda qeyd etdiyim hər üç qüvvəni narahat edir. Söhbət Qərb, Rusiya və İrandan gedir. Hesab edirəm, bizim xeyrimizə olan onların hər üçünün zəifləməsi, əsas müttəfiqimiz Türkiyənin güclənməsidir. Hər üçünün zəifləməsi ən müsbət ssenaridir, amma heç olmasa, ikisinin, ya lap birinin də zəifləməsi, və əksinə, Türkiyənin mövqelərinin güclənməsi xeyrimizədir.

Diqqət etsək görərik ki, Suriyada məhz bu proseslər baş verir. Əgər Türkiyə istədiyinə nail olsa, yəni cənub sərhədlərində təhlükəsizlik zolağı yarada, ikinci kürd dövlətinin yaradılmasının qarşısını ala bilsə, Ankara daha da güclənə bilər. Bu, çox çətin prosesdir və iki amil rol oynayacaq:

1) Qüvvələrin bölgədə mütənasibliyi;
2) Bu xarici qüvvələrə yerli dəstəyin necə olması.
Burada demoqrafik vəziyyətə də baxmaq lazımdır. Yəni əhalinin hansı hissəsi türkpərəstdir, hansı hissəsi PKK/YPG-ni dəstəkləyəcək. Əgər İran əvvəl Türkiyəyə qarşı Suriyada yerləşmiş PKK/YPG-çilərə dəstək verirdisə, indi öz ərazisindəki kürd separatçılarından çəkinərək Türkiyə ilə hansısa formada əməkdaşlıq axtarır. Rusiya Ukraynakı müharibə fonunda Bəşər Əsədə əvvəlki dəstəyi göstərə bilmir. Ərəblərə gəldikdə isə onların bir hissəsi Bəşər Əsədə müxalifdir, bir hisəsi isə onu dəstəkləyir”.

Çingiz Məmmədov

Ekspert bildirib ki, hadisələrin intensivliyi səbəbindən vəziyyət sürətlə dəyişir:

“Xüsusilə ərəblərin mövqeyi daha çox dəyişkəndir. Əgər onların bir hissəsi bu gün Bəşər Əsədə qarşıdırsa, sabah bölgədə ikinci kürd dövlətinin yaranması təhlükəsi və ya Türkiyənin orada təhlükəsizlik zonasını yaratdığını görsələr, mövqelərini dəyişə bilərlər. Təbii ki,  Suriyada Türkiyənin mövqeyi möhkəmlənsə və müstəqilliyimizə qarşı olan üç qüvvə zəifləsə, bizim üçün müsbət olacaq. Ancaq bunu öncədən demək çətindir”.

Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, əgər buna bir tərəfdən xarici qüvvə və amillər təsir göstərirsə, digər tərəfdən Ermənistan əhalisinin nə düşündüyünü də nəzərə almalıyıq.

Azərbaycan Ermənistanın qarşısında 3 tələb qoyub:

  1. ATƏT-in Minsk qrupunun buraxılması;
  2. Ermənistan konstitusiyasının dəyişdirilməsi;
  3. Zəngəzur dəhlizinin Ermənistan nəzarəti olmadan açılması.
Hər üç tələb vacibdir:

Birincisi, Minks qrupu Ermənistanın vaxtilə işğal etdiyi və de-fakto nəzarət etdiyi əraziləri de-yure ələ keçirmə mexanizmi idi. Ona görə bu anti-Azərbaycan qurumun ləğvinə çalışırıq.
İkincisi, Konstitusiyada dəyişiklik yalnız referendum vasitəsilə edilə bilər. Yəni biz görməliyik ki, Ermənistan əhalisinin əksəriyyəti revanşizmdən əl çəkib.
Üçüncüsü, Ermənistan aşağı subyektli dövlətdir. Onun Zəngəzur dəhlizinə nəzarəti əslində xarici qüvvələrin nəzarəti olar. Bu da həm Azərbaycanın, həm Türk dövlətlərinin inkişafını əngəlləyə bilər. Bu, həm də tarixi ədalətsizlikdir. Ona görə Zəngəzur dəhlizindən keçən kommunikasiyalar Ermənistanın nəzarətində qala bilməz.
Azərbaycanın bu gün bütün hərbi-diplomatik siyasəti ona yönəlib ki, Ermənistan revanşizm və işğal siyasətindən həmişəlik əl çəksin”.
Turan Rzayev
Globalinfo.azскачать dle 12.1