Bia.Az

Xaricdə yaşayan azərbaycanlıların seçimi…

Gündəm
 4-02-2024, 17:27     190

“Fevralın 7-nə təyin edilmiş prezident seçkilərində xaricdə yaşayan dünya azərbaycanlıları qalib Xalqın qalib Liderini dəstəkləyəcək”.
 
Bunu Globalinfo.az-a açıqlamasında tanınmış həkim, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev deyib.

O bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də xalq Prezident İlham Əliyevin ətrafında birləşəcək:

“Tarixi zərurətdən doğan və müasir Azərbaycanın tarixində yeni bir dövrün təməli olacaq növbədənkənar prezident seçkilərində dünya azərbaycanlıları qalib Liderin ətrafında bir yumruq tək birləşir. Onlar əmindir ki, bu dəfə də qalib möhtərəm Prezident İlham Əliyev, Azərbaycan xalqı və Azərbaycan dövləti olacaq. Hər bir azərbaycanlı kimi xaricdə yaşayan soydaşlarımız da bilir ki, güclü Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq onlar üçün hər zaman böyük dayaqdır.

Tarixi Zəfər yolumuzda hər bir azərbaycanlının Prezidenti olduğunu təkcə sözlə deyil, əməli ilə də göstərən Prezident İlham Əliyevə xaricdə yaşayan dünya azərbaycanlılarının bugünkü səviyyədə sevgisi və dəstəyi özlüyündə Azərbaycan tarixində bir ilkdir. Bunu da Müzəffər Ali Baş Komandan hər zaman olduğu kimi öz fəaliyyəti və siyasi dürüstlüyü ilə qazanıb”.скачать dle 12.1