Bia.Az

Paşinyan Ermənistandakı “rus ürəyi”nə bomba qoydu – Tezliklə bilinəcək…

Gündəm
 26-01-2024, 12:52     204

Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqon nümayəndələri ilə ölkədə ABŞ-ın 13-cü hərbi-bioloji laboratoriyasının yaradılması barədə müqavilə imzalayıb. Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, 1995-ci ildə imzalanmış müqaviləyə əsasən rəsmi İrəvana hər hansı ölkənin hərbi birliyinin Ermənistana daxil olmasını Rusiya ilə razılaşdırmalıdır:

“Müqavilənin həmin müddəasına görə, Rusiyanın razılığı olmadan heç bir hərbçi Ermənistan ərazisinə yerləşdirilə bilməz. Laboratoriyanın Gümrüdəki 102-ci hərbi bazanın yaxınlığında yerləşməsi isə Kremlə meydan oxumaqdır”.

Politoloq qeyd edib ki, Ermənistanın ordusunu NATO standartlarına uyğunlaşdırmaq cəhdi böyük əhəmiyyət kəsb etmir:

“İrəvan 44 günlük müharibədən sonra Rusiyadan Ermənistan ordusunun modernləşdirilməsini xahiş edirdi. İndi də NATO standartlarından bəhs olunur, lakin bu prosesin də baş tutacağı gözlənilmir”.

Abutalıb Səmədovun sözlərinə görə, İrəvan Moskva ilə körpüləri yandırmağa davam edir:

“Ermənistanın növbəti planı KTMT-dən çıxmaqdır. Bunun qarşılığında Rusiyanın hansı addım atacağını isə yaxın günlərdə görəcəyik. Yuxarı Lars keçid məntəqəsində Ermənistan maşınları cərgəyə düzülüb: Rusiya gediş-gəlişə icazə vermir. Bu, hələlik xəbərdarlıqdır, lakin daha ciddi addımların atılması qaçılmazdır”.скачать dle 12.1