Bia.Az

"Oğlum Tallində qalıb" - Nüşabə Ələsgərli

Gündəm
 19-04-2020, 10:15     292

"Oğlum Tallində qalıb" - Nüşabə Ələsgərli
Əməkdar artist Nüşabə Ələsgərli karantin günlərini necə keçirməsindən danışıb.
bia.az xəbər verir ki, müğənni "Səni axtarıram" proqramının virtual qonağı olarkən ilk günlər depressiyaya düşdüyünü etiraf edib:

"Martın 16-dan evdəyik. İlk günlər halım pisləşdi, depressiyaya düşdüm, pis oldum. Sonra bu vəziyyətə alışdım, bütün günü evdəyəm. Darıxmıram da... Ancaq verilişlər qonaq çağıranda gedirəm. Onda da telekanallar bizə arayış verir.

Evdə deyirəm ki, uzun illərdir bir-birimizi bu qədər görməmişdik. Uşaqlar dərsə gedirdi, mən toyda, şənlikdə, açılışlarda olurdum. Gecə gələndə isə onlar yatırdı. İndi bütün günü bir yerdəyik".

N.Ələsgərli oğlunun hazırda Estoniyada olduğunu deyib. O bildirib ki, övladı paytaxt Tallində magistraturada oxuyur:

"Qəriblik çəkirəm... Bütün günü görüntülü danışırıq".скачать dle 12.1