Bia.Az

Putinlə Makron arasında telefon danışığı baş tutdu

Dünya
 Bu gün, 00:10     66

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona Ukrayna münaqişəsinin birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsi olduğunu bildirib:

“Qərb uzun illərdir Ukraynada antirusiya dayağı yaradırdı və indi də hərbi əməliyyatları uzadır. Ukraynada nizamlanma hərtərəfli olmalıdır, onun köklü səbəblərini aradan qaldırmaq, reallıqlara arxalanmaq lazımdır”.

Liderlər İran və İsrail arasında münaqişə və ABŞ-ın İran hədəflərinə zərbələri kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin və Makron İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna və nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirməsinin, o cümlədən MAQATE ilə əməkdaşlığın vacibliyini qeyd ediblər.

Hər iki lider Yaxın Şərqdə nizamlanma üzrə mövqelərin mümkün koordinasiyası məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Prezidentlər sülhün və təhlükəsizliyin qorunmasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Fransanın xüsusi məsuliyyətini qeyd ediblər.скачать dle 12.1