Bia.Az

İran ölkəmizlə müharibə etsə... - Ukrayna və Türkiyədən sensasion iddialar

Gündəm
 7-04-2023, 11:51     287

Tehran-Bakı gərginliyinin hərbi əməliyyatlarla nəticələnəcəyi proqnozları səslənir; ekspertlərdən fərqli şərhlər

İran və Körfəz regionu ilə bağlı təhlükəsizlik üzrə ixtisaslaşan analitik Fərzin Nadimi deyib ki, Azərbaycan Zəngəzur dəhlizini açmaq istəsə, İran ordusu hərəkətə gələcək. İran İslam Şurası (Parlament) üzvləri isə belə bir vaxtda Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul edib.

“Yeni Müsavat” bildirir ki, bəyanatda Azərbaycana qarşı yenidən təhdid dilindən istifadə edilib. Deyilib ki, Azərbaycanın dövlət xadimlərinin bu hərəkətinin onlara qarşı bir çox mənfi siyasi nəticələri olacaq.

“Azərbaycanla İran arasında hərbi münaqişəni təsəvvür etmək mənim üçün çətindir - belədə Türkiyə dərhal müharibəyə girəcək. Azərbaycan Ordusunun özü də çox güclüdür və döyüşə hazırdır. O, İran ordusunun "burnunu ovmaq" iqtidarındadır, xüsusən də Türkiyə vəziyyətə müdaxilə edərsə..." - bunu da Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna televiziyasında deyib. Onun fikrincə, iranlılar tankları irəli-geri sürəcək, Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaq, amma problem ondadır ki, Ankara və Bakı əsla qorxmur, qorxmaq niyyətində də deyil: “Hətta yəqin ki, İranın "çaşmasını" istəyirlər. Bu perspektivdə İsrail və ABŞ-ın vəziyyətdən istifadə etmək şansı var. Bundan əlavə, unutmaq lazım deyil ki, böyük Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çoxlu, amma çoxlu azərbaycanlı yaşayır, mən bir neçə on milyon deyərdim, rəqəmi 18-dən 28-ə qədər deyirlər. İran üçün çox böyük rəqəmdir. Bəs yaxşı, onlar İranın Azərbaycan Ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? İran anlamalıdır ki, daxilində fəlakətli problemlər başlaya bilər. Ona görə də İranın militar bəyanatları o demək deyil ki, iranlılar silahdan istifadə etməyə çalışacaqlar".
Onun fikrincə, bu vəziyyətdə Ermənistanın da şansı azdır: “Rusiya və KTMT-dən kömək istəmək xam xəyaldır, Ermənistanla sərhəd isə Tehran üçün həyati maraqlar zonası deyil”. Arestoviçlə yanaşı “Türkiyə” qəzetində dərc olunan “İranla Azərbaycan arasında sular isindi: İki ölkə arasında gərginlik artır! Yeni bir müharibə yaxınlaşırmı?” başlıqlı məqalədə isə vurğulanır ki, Azərbaycanın Qarabağda qələbəsi cənub qonşusu İranla gərginliyə səbəb olub. O gündən etibarən iki ölkə arasında gərginlik gah azalır, gah da artır. 2 aprel hərbi göndərişi və ondan sonra gələn mesajlar, “Yeni bir müharibə yaxınlaşırmı?” sualını gündəmə gətirib.
Müəllif yazısında qeyd olunur ki, “Azərbaycanın Ermənistana qarşı sərt mübarizəsindən sonra qazanılan Qarabağ qələbəsi regionda dominantlıq edən ölkələrdən biri olan İranı narahat etdi. Azərbaycan sərhədində həyata keçirdiyi əməliyyatlarla iki ölkə arasında tez-tez münasibətləri gərginləşdirən İranın son hərəkəti gərginliyin pik həddidir. İran bu bazar günü hərbi yük məsələsi ilə Azərbaycana mesaj verdi və bu da ipləri qırılma nöqtəsinə gətirib. Belə ki, aprelin 2-də gecə saatlarında Azərbaycan sərhəd xəttinə hərbi yüklər həyata keçirib. Bundan dərhal sonra İran İnqilab Keşikçiləri Korpusunun Twitter hesabında müharibə elanı və ya qisas mənasını verən qırmızı bayraq paylaşılıb. İranın bu gedişlərlə Azərbaycanı açıq şəkildə təhdid etdiyi görünsə də, politoloqların da eyni fikirdə olduğu məlumdur. İş o yerə çatıb ki, İranın Azərbaycanın sərhəd bölgəsində tez-tez təlimlər keçirməsi, Araz çayını keçməyə çalışması kimi addımları Azərbaycana mesaj vermək və qorxutmaq olduğunun göstəricisi kimi dəyərləndirilir”. Məqalənin sonunda vurğulanır ki, “Ermənistanın ən mühüm siyasi müttəfiqi və kommersiya tərəfdaşlarından olan İranın təhlükəli addımları "Azərbaycanı müharibəyə dəvət edirmi?" sualını gündəmə gətirib.
İran hakimiyyətində hələ də belə hesab edirlər ki, hərbi-siyasi təhdidlər Azərbaycanı müstəqil xarici siyasətini Tehranla razılaşdırmağa vadar edə bilər. Azərbaycan İranın təhdidlərinə qarşı adekvat müqavimət göstərir və yürütdüyü xarici siyasətində qərarlılıq nümayiş etdirir. Mövcud şərait İranla Azərbaycan arasında hərbi qarşıdurmanı istisna edir. Amma münasibətlərin ənənəvi məcraya qayıtması yaxın aylarda mümkün olmayacaq və təhdid ritorikası, qarşılıqlı proksi əməliyyatlar gündəmdə olacaq. Buna qədər də ABŞ dövlət katibi Blinkenin, keçmiş səfir Brayzanın çıxışları da Arestoviçin açıqlaması ilə üst-üstə düşür. Sanki təhrikedici bir ritorika seçilib və Ukrayna variantının təkrarı riski yaranır.
Türkiyə aldadıldı” iddialarına REAKSİYA: “Əldə olunmuş razılığa əməl  edilməyəcəksə…” – Toğrul İsmayıl – Yeni Çağ Media
Toğrul İsmayıl
Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, savaş ritorikası olan bir dövlətin bunu etmək ehtimalı həmişə yüksəkdir. “Üstəlik, İran demokratik, normal ölkə deyil və ondan hər şey gözləniləcək bir dövlətdir. Eyni zamanda İran-İraq müharibəsini xatırlamaq olar. Yəni İranın daxili vəziyyəti ağırdır və bu gün bəhanələr axtarır, amma Azərbaycanla müharibəyə başlaması Tehran üçün heç də uğurlu olmaz. Çünki başda ABŞ və İsrailin İran əleyhinə planları mövcuddur”, - deyə T.İsmayıl qeyd etdi.
Professorun sözlərinə görə, qarşımızda Ukrayna savaşı nümunəsi var ki, özləri kənarda dayanaraq məsələni başqasının əli ilə həll etməyə çalışırlar: “Amma Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi var, ərazilərimizə təhdid olarsa, Ankara hərbi müdaxilə edə bilər. Həmçinin Moskva bəyannaməsi mövcuddur, bütün bunlar İranın lehinə olan məsələlər deyil. Təbii ki, müharibə istisna deyil, ancaq həddən çox zəif ehtimaldır. Bugünkü şərtlərdə və şəraitdə heç nə İranın xeyrinə işləmir. Ona görə Tehranın ritorikasının kəskin olması daha çox xəbərdarlıq mahiyyəti daşıyır. Özü qorxduğu üçün Azərbaycanı da qorxutmağa çalışır”. T.İsmayılın fikrincə, İranın içində kövrəklik var, iqtisadi problemləri mövcuddur, dünyadakı siyasi konyuktura da Tehranın lehinə deyil: “Belə bir işə əl atması İran üçün ən təhlükəli ssenarilərdən biridir. Bir mütəxəssis heç nəyi istisna etməz. Misal üçün,  Ukrayna müharibəsini gözləyirdik, amma Kiyev ssenarisi heç kəsin ağlına gəlmirdi, Putin belə uğursuz varianta getdi. Bu mənada hər şey diqqətə alınmalıdır və Azərbaycan dövləti hər zaman hazır olmalıdır”.
Azad İsazadə: "Sosial şəbəkə bir reallıqdır, ondan qaça bilmərik" - MÜSAHİBƏ
Azad İsazadə
Hərbi analitik Azad İsazadə İranla Azərbaycan arasında hərbi toqquşmanı istisna edir: “Mən bunu real görmürəm. Sadəcə, nəzəri olaraq buna yanaşsaq, İran ordusu miqyasda daha böyükdür. Lakin birbaşa quru qoşunların qarşıdurmasına İran ordusu dözməyəcək. Çünki İranın quru qoşunları Azərbaycan ərazisinə girsə, o zaman arxasında kifayət qədər partizan hərəkatı başlanması ehtimalı var: İranda yaşayan azərbaycanlılar yolları kəsəcək, diversiya fəaliyyəti olacaq, onlara kömək edən bizim xüsusi təyinatlılar ora göndəriləcək. Yəni quru qoşunların bizə hücumu İran üçün çox ciddi başağrısına çevriləcək”.
Hərbi ekspert İranın Azərbaycana raket zərbəsi endirməsi ehtimalını quru qoşunların ərazilərimizə hücumundan daha yüksək görür: “Amma bizim hava hücumundan müdafiə sistemlərimiz var, eləcə də orta məsafəyə vuran raketlərimiz çoxdur. Sadəcə, qeyd etdiyim bu ssenarinin gerçəkləşməsinə inanmıram. Çünki İran hərbi əməliyyatlara başlayacağı təqdirdə, bir neçə dövlətin cavabı ilə qarşılaşacaq. Xüsusən Pakistan, Türkiyə və İsraili qarşısında görəcək. Bu hadisələrdə Qərb ölkələrinin hansı səviyyədə iştirak edəcəyini deyə bilmərəm, di gəl ki, ABŞ-ın İrana dənizdən zərbə vurmaq üçün kifayət qədər gücü var. Ona görə bizə zərbəsi olarsa, İran ərazisində partizan hərəkatları meydana çıxacaq”.скачать dle 12.1