Bia.Az

Masazırda güclü yanğın – VİDEO

Hadisə
 Bu gün, 01:07     51

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilməyib.

***23:25
Masazır qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
скачать dle 12.1