Bia.Az

65 yaşlı kişini evindəcə bıçaqladılar

Hadisə
 Bu gün, 00:51     71

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun Şürük kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boyun nahiyəsinin ön və belin arxa hissəsində kəsilmiş-deşilmiş xəsarətlər ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Yaralıya dərhal zəruri tibbi yardım göstərilib.

E.Kazımovun ilkin ifadəsinə əsasən, o, həmkəndlisi tərəfindən evində hücuma məruz qalıb və bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1