Bia.Az

TƏCİLİ! Ukrayna müharibəsi bitmədən YENİ SAVAŞ - Nüvə silahı HƏR AN işə düşə bilər

Gündəm
 6-04-2023, 14:41     303

ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığından narahat olan Şimali Koreya çox sərt bəyanatla çıxış edib.

Musavat.com Şimali Koreyanın dövlət mediası KCNA-a istinadən xəbər verir ki, Şimali Koreya Birləşmiş Ştatlar və Cənubi Koreyanı birgə hərbi təlimlər vasitəsilə "gərginliyi nüvə müharibəsi astanasına çatdırmaqda" günahlandırıb.

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edərək, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb.

Kim bunun çəkindirici bir hərəkət olacağı iddia edib:

“Şimali Koreyanın nüvə gücü və yüksək döyüş hazırlığı düşməni ehtiyatsız hərəkətlərdən və təxribatlardan çəkindirəcək, onlara nəzarət edəcək, istiqamətləndirəcək, həmçinin istənilən arzuolunmaz vəziyyətdə öz mühüm vəzifəsini tərəddüd etmədən yerinə yetirəcək”.

Digər tərəfdən, Çinin ən yüksək aerokosmik müdafiə institutu tərəfindən həyata keçirilən simulyasiya ABŞ müdafiə sistemində ölümcül boşluqlar aşkar etdiklərini və Şimali Koreyanın qitələrarası ballistik raketinin ABŞ-ı vura biləcəyini açıqlayıb. Tədqiqat qrupunun fikrincə, Şimali Koreyanın nüvə gücünə malik “Hwasong-15” raketi təxminən 13 min kilometr uçuş məsafəsi ilə ABŞ-ın bütün nöqtələrini vurmağa kifayət edir. Üstəlik, bunun üçün cəmi 33 dəqiqə lazımdır.
скачать dle 12.1