Bia.Az

KİV: Makron Putini blokadadan çıxardı

Dünya
 Dünən, 13:13     117

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında iyulun 1-də baş tutan telefon danışığı Avropa ölkələrinin Rusiya lideri ilə təmaslarında uzunmüddətli blokada və sükuta son qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.

İspaniya nəşri bildirib ki, Macarıstan Baş naziri Viktor Orban və onun slovakiyalı həmkarı Robert Fitso istisna olmaqla, Avropa İttifaqı liderləri indiyədək Putinlə ünsiyyətdən yayınıb.

İyulun 1-də Rusiya və Fransa liderləri təxminən üç ildən sonra ilk dəfə telefonla danışıblar. Yelisey Sarayından verilən açıqlamaya görə, söhbət iki saatdan çox davam edib. Kremlin xəbər verdiyi sonuncu belə söhbət 2022-ci il sentyabrın 11-də baş tutub.

Qeyd edək ki, Rusiya və Fransa liderləri arasında telefon danışıqları Ukraynada müharibənin başlamasından sonra Makronun bundan imtinası ilə kəsilmişdi.скачать dle 12.1