Bia.Az

Rusiya Qarabağdan və Ermənistandan çıxacaq - Paşinyan iki “daş” arasında

Gündəm
 29-03-2023, 10:45     220

İrəvan müttəfiqsiz qalıb; “qərbçi” hökumətə indi nə Qərb inanır, nə də Moskva - Bakı üçün unikal şans...

Ermənistan baş naziri Nikol Paşinyan öz davranış və “nala-mıxa” vurmaları ilə artıq yalnızca Azərbaycanda deyil, Rusiyada və Qərbdə, hətta Ermənistanda da ciddi qəbul edilmir. Bu isə bölgədə daimi sülhü əngəlləməklə yanaşı, yeni hərbi eskalasiyanı yaxınlaşdırır.

Tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov hesab edir ki, bu minvalla Ermənistanı “təxirə salınmış kapitulyasiya” gözləyir. Politoloqa görə, sülh prosesi bütün istiqamətlər üzrə dalana dirənib (Oxu.az).

“Onun bütün iştirakçıları başa düşürlər ki, gərginliyin yaşanması mümkündür. Əsas odur, bu, çox genişmiqyaslı səviyyədə olmasın. Amma Paşinyan özü üçün qərar verib. O başa düşür ki, Qarabağ artıq Ermənistanın nəzarətinə qayıda bilməz”, - deyə siyasi şərhçi qeyd edib.
Onun fikrincə, hər iki tərəf - istər Rusiya, istərsə də Ermənistan öz mülahizələri əsasında sülh prosesini sabotaj edir. “Düşünürəm ki, bu yaxınlarda Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Sergey Lavrov və Ararat Mirzoyan bu qarşılıqlı sabotajı bir yolla birləşdirməyə çalışıblar”, - analitik əlavə edib.
*****
İrəvan Rusiyaya xəyanət etdi: Qarabağdakı ermənilərin taleyi... –  Karapetyandan ŞOK ETİRAF » XeberlerAgentliyi.com
Rusiyanın bölgə ilə, Qarabağla bağlı maraqları bəllidir: öz hərbi mövcudluğunu sonsuzadək davam etdirmək. Bu isə Azərbaycanla birgə Qərbin (ABŞ-ın) maraqları ilə də ziddiyyət təşkil edir. “Qərbçi” Paşinyan isə nə birmənalı Rusiyanın yanında dayana bilir, nə də Qərbin. İkinci halda heç olmasa, Bakının Qarabağ üzərində suverenliyi tam təmin olunmaqla, Ermənistanla sülh müqaviləsi və ya buna bənzər çərçivə sənədinin imzalanması tezləşə bilərdi.

Beləcə, özünü faktiki iki “daş” arasına salmış N.Paşinyan bu səbəbdən yeganə düzgün seçimini eləməlidir. Bundan ötrü zaman çox qalmayıb. Əfsus ki, Nikol düzgün seçimə tələsmir. Əksinə, hələ bir müddət də “iki stul” siyasətini davam etdirmək əzmindədir. Bu isə kapitulyant ölkəyə yaxşı heç nə vəd eləmir.    
         
“Ermənistan hakimiyyətinin yeritdiyi siyasət erməni dövlətçiliyinin yavaş-yavaş parçalanması prosesidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq Yervand Bozoyan bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ermənistanın durumundan istifadə edib “maksimumdan maksimumu” almağa çalışır. “Öz növbəsində Türkiyənin mövqeyi belədir: İrəvan Bakı ilə münasibətlər nizamlamayana qədər sərhədlər açılmayacaq. Yəni de-fakto Türkiyə Azərbaycana İrəvana qarşı təzyiq və yeni güzəştlərin əldə olunması prosesində birtərəfli şəkildə yardım edəcək”.

Kreml: Ukraynada xüsusi əməliyyat davam edəcək
Digər yandan, onun fikrincə, Paşinyan hökuməti Ermənistanın əsas müttəfiqi - Rusiya tərəfindən etibarsız tərəfdaş kimi qəbul olunmağa başlayıb: “Amma son illər Ermənistan Rusiya ilə dərin əlaqələrlə bağlı olduğundan, hakim komanda Qərbin tələb etdiyi kimi, Moskva ilə əlaqələri tam kəsə bilmir. Ona görə də Nikol Paşinyanın simasında hazırkı hökumətə Qərb də etibarlı tərəfdaş kimi baxmır. Yəni Ermənistan elə vəziyyətə düşüb ki, onun sadəcə, sabit müttəfiqi yoxdur. Bunu Türkiyədə və Azərbaycanda görür və başa düşürlər. O səbəbə bu tarixi şansı qaçırmamağa çalışırlar”.

Bu vəziyyəti “qayçıya” düşmə də adlandırmaq olar. Çıxış yolu isə var. Dəfələrlə yazdığımız kimi, bundan ötrü Ermənistanın dağa-daşa çıxmasına lüzum yox. Qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyub normal siyasi-diplomatik münasibətlər qurması yetər.  

*****
Öz növbəsində digər rusiyalı ekspert Andrey Suzdaltsev hesab edir ki, regionda gərginliyin artması son nəticədə Rusiyanın Ermənistan və Qarabağdakı hərbi mövcudluğunun aradan qalxmasına gətirə bilər (Haqqin.az).

Ekspertə görə, Rusiyanın Ermənistanın xilaskarı olmasına rəğmən, İrəvan Krımı və Rusiyanın “yeni regionlarını” Rusiya ərazisi kimi tanımır və Ukraynadakı “xüsusi əməliyyat”ı dəstəkləmir: “Bu kontekstdə Rusiya öz qoşunlarının Qarabağdan çıxarılmasına və Ermənistandan hərbi bazaların bağlanmasına hazır olmalıdır. Harada ki, Rusiyanın arxa cəbhəsi yoxdur”.

Sözünə davam edən politoloq deyib: “Erməni siyasi elitasının anlamında Rusiya hər şeyə görə Ermənistana borcludur. Onlar hesab edirlər ki, Rusiya Ermənistanı xilas etməlidir, İrəvan isə əvəzində ona heç nə verməyə borclu deyil. Ermənilər ”xüsusi əməliyyat"ı dəstəkləməyə belə qərar vermədilər. Bundan əlavə, Paşinyan hökuməti KTMT-yə qarşı çoxlu addımlar atır. Bütün bunlar İrəvanın təşkilatdan çıxmaq niyyətindən xəbər verir. Ona görə də Moskva sülhməramlılarının Qarabağdan çıxarılması və Gümrüdəki 102-ci hərbi bazadan hərbçilərin çıxarılması tələbinə hazır olmalıdır".

*****
Politoloq Qabil Hüseynliyə görə isə bölgədə ABŞ Rusiya və İrandan qat-qat səmimidir. “Regionda Qərbin strateji maraqlarına cavab verən bir hadisə yaşana bilər. Üstəlik, bu, bölgədə Rusiya ilə İranın at oynatmasının qarşısı alardı. Qərb görür ki, Rusiya ilə İran bölgəni qarışdırmaq, 44 günlük müharibədən sonra bölgədə formalaşmış və demək olar, əksər dövlətlərin maraqlarına cavab verən status-kvo-nu dəyişməyə çalışır”, - deyə politoloq Musavayt.com-a bildirib.

Qabil Hüseynlinin qənaətincə, Fransa istisna olmaqla Qərb bölgədə sülhün yaranmasını istəyir və buna can atır: “Sülh müqaviləsinin bağlanması üçün kifayət qədər şərtlər formalaşıb, bir çox məqamlar onlayn formada olsa da, razılaşdırılıb. Sadəcə, bölgəni qarışdıran İranın, müəyyən supergüclərin gedişləri olmasaydı, bu məsələni tezliklə başa çatdırmaq olardı. Bütün bunlara baxmayaraq, ABŞ-ın timsalında Qərb bölgəyə ciddi yanaşır”.

Qalır nəticə. Bundan ötrü “qərbçi” Paşinyan iqtidarına ən əvvəl ABŞ-ın təzyiq göstərməsi gərəkdir. Rusiya bunu etməyəcək. Çünki onun öz “həll planı” var. Hansı ki, Azərbaycanın maraqlarına cavab vermir.../“Yeni Müsavat”/скачать dle 12.1