Bia.Az

AZƏRBAYCAN-İRAN GƏRGİNLİYİ HARA QƏDƏR? – “İran dindarları üsyana çağıra bilər...”

Gündəm
 4-02-2023, 12:19     281

“Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla İran arasında münasibətlər inkişaf etməyib. Ötən 30 ildən artıq müddətdə gərginliyin aradan qalxdığı dövr olmayıb. Müəyyən zaman kəsiyində münasibətlərin normallaşması isə yalnız daha pis dövrlə müqayisədə müsbət səciyyələndirilə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov İran-Azərbaycan münasibətlərinin hazırkı durumunu və perspektivləri şərh edərkən deyib.

Ekspert xatırladır ki, Prezident Ruhaninin hakimiyyəti dövründə münasibətlər nisbətən yaxşı idi. “Bunu nüvə proqramı ilə bağlı Qərblə sövdələşmə dövründə İranın aparıcı ölkələrlə münasibətlərinin ümumi şəkildə normallaşması ilə əlaqələndirmək olar. Yəni xarici aləmlə münasibətlərin normallaşması Azərbaycanla da münasibətlərə təsir edir”, - o əlavə edib.
Politoloq qeyd edir ki, indi harada olduğumuzu və maneələri necə dəf edə biləcəyimizi anlamaq üçün münaqişə səviyyələrini bir-birindən ayırmağa çalışmaq lazımdır. Onun sözlərinə görə, hələ müstəqilliyin ilk illərindən münasibətlər normal deyildi, nəticədə İran Azərbaycana fəal şəkildə daxil oldu və öz yumşaq güc sistemini formalaşdırdı. “On illərdir onlara qarşı mübarizə aparılır, amma tam təmizləmə hələ mümkün olmayıb”, - təhlilçi əlavə edib
Fərhad Məmmədov daha sonra münasibətlərin tarixi inkişaf dövrünə nəzər salıb:
- Aşağı səviyyə: bu, münasibətlərin bütün tarixinə aiddir. Münaqişənin əsas məzmununu təşkil edir, normallaşma dövründə arxa plana keçir, eskalasiya dövründə yenidən qabarır.
- Siyasi ziddiyyətlər: Xəzər dənizi və Cənubi Qafqaz. İran mövqelərinin zəifliyinə görə Cənubi Qafqazın işlərinə qarışmayıb, Rusiyanı regionda dominant ölkə hesab edib. Üstəlik, 30 il ərzində Rusiya İranla qarşıdurmada region ölkələrini dəstəkləyib, İrandan qorxu hekayəsi kimi istifadə edib. İran Ukraynadakı müharibənin gedişində Rusiyanın resurslarının məhdudlaşdığını görüb ona dəstək verib.

- İsrail - Ermənistan səviyyəsi. İran 30 il ərzində Azərbaycanın bölgədə təsirini məhdudlaşdırmaq üçün Ermənistana dəstək verib. Tehran Azərbaycan - İsrail münasibətlərindən necə qəzəblənirdisə, Bakı da Ermənistana dəstəkdən o qədər əsəbləşirdi. 2020-ci il müharibəsindən sonra Ermənistan Azərbaycana qarşı məhdudlaşdırıcı rolunu oynaya bilmir, Bakı da İsraillə əlaqələrini genişləndirməyə başlayıb - səfirliyin açılması, texnologiya və qarşılıqlı dəstək davam edir.
- Siyasətçilərin və dini liderlərin açıqlamaları. Hər iki ölkədə bu ciddi tənzimlənir və bəyanatlar adətən balanslaşdırılırdı. İndi belə deyil.
 Liderlərin səviyyəsi. Ölkə rəhbərləri problemləri dilə gətirir, media qurumlarının yazdıqları və siyasətçilərin açıqlamaları açıq-saçıq təhqir ifadələri ilə doldur.
- Daxili işlərə müdaxilənin səviyyəsi - İranın Azərbaycandakı dini təsiri, Azərbaycanın İrandakı etnik azərbaycanlılara təsiri. Bu mövzular daimidir və təbiidir, lakin digər mövzularda cavablar daha kəskindir. Məsələn, 2020-ci il müharibəsindən sonra İranın Qarabağla bağlı istənilən hərəkətinə sərt reaksiya verilib. İranın Qarabağa yanacaq daşıması, habelə bölgəyə təxribatçılar göndərməsi Bakıdan kəskin, adekvat reaksiya ilə qarşılandı.
- Ərazi iddiaları. Bu, İranın bütün Azərbaycan ərazisinə iddiaları, Azərbaycanda isə Güney Azərbaycan mövzusunun aktuallaşması ilə xarakterizə olunur.
- Müharibə təhlükəsi: hərbi təlimlər, Araz üzərindən ponton keçidləri, boz qurdların işarəsinə qarşı “aslan quyruğunun” nümayişi yadımızdadır”.
Politoloq bildirir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum ölkələr arasında münaqişəni yeni mərhələyə keçirib. Bundan sonra nələr ola bilər, münasibətlər daha hansı həddə qədər pisləşə bilər?
F.Məmmədov hesab edir ki, münaqişə dərinləşə bilər:
- “İran səfirinin Bakıdan geri çağırılması və səfirlik fəaliyyətinin dondurulması;
- İran ərazisindən keçən, Araz-Zəngəzur dəhlizindən keçən körpünün tikintisinin dayandırılması;
- İranlı müştəhidlərin azərbaycanlı müsəlmanları üsyana çağırması, buna cavab olaraq Bakının Cənubi azərbaycanlılara dəstəyini institutlaşdırması;
- Hərbi təlimlər bəhanəsi ilə hərbçilərin sərhədlərə toplanması”.
Bəs əlaqələrin normallaşması mümkündürmü?
Politoloq bildirir ki, adətən belə dövrlərdə Xameneinin şəxsi nümayəndəsi sadalanan münaqişəli vəziyyətlə bağlı konkret addımların atılması təklifi ilə Bakıya səfər edir. “Bununla bağlı təcrübə də var. Türkiyənin müəyyən vasitəçiliyi də mümkündür. Xatırladım ki, Prezident Rəisinin Türkiyəyə səfəri gözlənilir. Vəziyyəti izləyəcəyik”./“AzPolitika.info”/скачать dle 12.1