Bia.Az

Paşinyan Putinə yenə yalvarır: İrəvanın Xankəndi ilə bağlı “kobud və tarixi səhvi” açıqlandı

Gündəm
 1-02-2023, 20:52     252

Kremli indi “Qarabağ mövzusu” deyil, Ukrayna savaşı və MDB məkanında, o cümlədən də, Ermənistanda Rusiyanın mövqelərinin qorunması daha çox düşündürür... Fransız diplomat isə hesab edir ki, rəsmi İrəvan Azərbaycanla anlaşmaq imkanlarını qaçırıb və Ermənistan bundan sonra “Qarabağ məsələsi”ni unutsa, daha doğru olar...  

Ermənistan ətrafında yaranmış geopolitik situasiya qəlizləşməkdə davam edir. Belə ki, rəsmi İrəvan son dövrlərdə atdığı addımlarla Ermənistanı çətin vəziyyətə salıb. Paşinyan hakimiyyəti “Ermənistanı Rusiyadan qaçırtmaq siyasəti” ilə hərbi-siyasi müdafiə mexanizmlərindən məhrum edib. Və bu, Ermənistan üçün yaxın perspektivdə kifayət qədər ciddi təhıükəli risklər yaradır.
Bəzi beynəlxalq araşdırma mərkəzlərinin son hesabatları belə təhlükəli risklər barədə Ermənistana açıq xəbərdarlıq mesajı sayıla bilər. Belə ki, Beynəlxalq Böhran Qrupu bir müddət öncə Cənubi Qafqazda regional savaşın hər an baş verə biləcəyini iddia etmişdi. Bu qurum son hesabatında vurğulayıb ki, Azərbaycan ordusu çox güclüdür və cəmisi iki gün ərzində Zəngəzur bölgəsindən keçərək, Ermənistanı iki yerə parçalaya bilər.
Təbii ki, rəsmi İrəvan Ermənistanı necə təhlükəli situasiyaya saldığını artıq anlamağa başlayıb. Ancaq bütün bunların qarşılığında Ermənistan təhlükəsizlik mexanizmləri qazana bilməyib. Əksinə, bir çox istiqamətlər üzrə çarpaz hədəfə çevrilmə ehtimalını daha inandırıcı varianta çevirməyi bacarıb.
3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)
İndi Ermənistan siyasi dairələrinin Cənubi Qafqaz ətrafında vəziyyətin gərginləşməsindən narahatlıq keçirtdikləri açıq-aşkar çüşahidə olunur. Hətta erməni politoloqlar hesab edirlər ki, rəsmi İrəvan İranla münasibətlərinə yenidən baxmaq məcburiyyətində də qala bilər. Çünki cənub dövləti ətrafında istənilən ciddi hərbi-siyasi silkələnmə dərhal Ermənistan üçün “geopolitik zəlzələ” effekti verəcək.
Rusiya ilə ziddiyyətlərin açıq qarşıdurma müstəvisinə keçdiyi bir şəraitdə belə “geopolitik zəlzələ” isə Ermənistan üçün taleyüklü xarakter daşıya bilər. Çünki belə situasiyada Ermənistan dövlətçiliyinin qorunub, saxlanması o qədər də ümidverici perspektivlərlə yüklənməyib. Əksinə, Ermənistan sonun başlanğıcı mərhələsinə böyük sürətlə yaxınlaşması ilə diqqəti çəkir.
Ona görə də, son vaxtlar rəsmi İrəvanın Kremllə yenidən siyasi kontakta cəhd göstərdiyi müşahidə olunur. Ermənistan və Rusiya Xarici İşlər Nazirliklərinin yeni üçtərəfli görüşün təşkili barədə müzakirələrə başladığı bildirilir. Bu, rəsmi İrəvanın yenidən Rusiyanın hərbi müttəfiqliyinə ehtiyacı yarandığını göstərir. Yəni, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın müdafiəsi altına qaytarmaq üçün “geri dönüş pəncərəsi” axtarır.
Maraqlıdır ki, Ermənistan baş naziri növbəti dəfə “telefon diplomatiyası”nə bərpa etməyə çalışır. Hər halda, erməni baş nazir Rusiya prezidenti Vladimir Putinə zəng edib, dəstək xahiş etmək məcburiyyətində qalıbsa, deməli, Ermənistanın vəziyyyəti kifayət qədər ciddidir. Üstəlik, baş nazir Nikol Paşinyanın Kreml sahibi ilə son telefon danışığında “Dağlıq Qarabağ” məsələsinin müzakirə edilmədiyi də artıq şübhə doğurmur. Çünki Ermənistan Xarici İşlər Nairliyinin açıqlamsında belə bir iddia yer alsa da, Kremlin yaydığı məlumatda sadəcə, Rusiya-Ermənistan münasibətlərinin müzakirə olunduğu vurğulanır.
849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)
Əslində, bu, o qədər də təəccüblü deyil. Ən azından ona görə ki, “Dağlıq Qarabağ mövzusu” hazırda Rusiyanı narahat edən məsələlərin sırasında elə bir önəmli yer tutmur. Kreml daha çox Ukrayna savaşı və MDB məkanında, o cümlədən də Ermənistanda Rusiyanın mövqelərinin qorunması daha çox düşündürür. Və Rusiya siyasi dairələri hazırda Ermənistanın son davranışlarından ciddi şəkildə qıcıqlanmaqdadır.
Məsələ ondadır ki, Kreml Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Rusiyanın “sülhməramlı” kontingentini çıxartmalı olacağını anlayır. Bu məsələ hətta ən yaxın gələcəkdə - 2025-ci ilə belə, baş verə bilər. Ona görə də, Kreml üçün Ermənistanın Rusiya nəzarətində saxlaması daha böyük əhəmiyyət daşıyır. Və bu baxımdan, rəsmi İrəvana yaxın vaxtlarda təzyiqlərin artırıla biləcəyi istisna deyil.
Digər tərəfdən, rəsmi İrəvan da nə qədər hay-küy salsa da, Azərbaycanın Xankəndi və ətraf bölgəsinin Ermənistan üçün artıq əlçatmaz olduğunu anlayır. Ona görə də, Paşinyan hakimiyyətinin öz Rusiya siyasətini bu mövzu üzərindən qurması heç bir real nəticə vəd etmir. Yəni, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsinin “qapılar”ını Ermənistan da daxil olmaqla, hər kəsin üzünə həmişəlik qapadıb.
Bundan sonra “Dağlıq Qarabağ məsələsi” rəsmi İrəvan üçün Azərbaycanla danışıqlar prosesinin və ya Rusiya ilə müzakirələrin mövzusu ola bilməz. Hətta xarici diplomatlar da bu reallığı vaxtaşırı xüsusi olaraq, qabardırlar. Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro isə indiki situasiyanın yaranmasına görə məhz Ermənistan siyasi dairələrinin günahkar olduğunu vurğulayıb.
2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)
Fransız diplomatın iddiasına görə, Fransa rəsmi Bakı və beynəlxalq ictimayyətin də müdafiə etdiyi kimi, Qarabağın Azərbaycanın tərkibində olması variantının yeganə nizamlanma yolu olduğu barədə Ermənistan siyasi dairələrinə dəfələrlə xəbərdarlıq edib. Ancaq rəsmi İrəvan Qarabağa Azərbaycanın tərkibində hansısa “status” istəmək əvəzinə maksimalist mövqeyə üstünlük verib. Nəticədə indi məlum olur ki, Ermənistanın siyasi dairələri ciddi səhvə yol veriblər.
Fransız diplomat onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olduqca ciddi hüquqi faktordur: “Beynəlxalq ictimaiyyət MDB məkanı üçün dağıdıcı təsirləri ola biləcəyini nəzərə alaraq, sərhədlərin dəyişdirilməsinə həmişə qarşı çıxıb. Bu, rəsmi Bakıya indi “status” mövzusunu tamamilə qapatmaq hüququ verir. Halbuki biz rəsmi İrəvana xəbərdarlıq etmişdik ki, regionda qüvvələr nisbəti tədricən Azərbaycanın xeyrinə dəyişməyə başlayacaq. Ona görə də, Ermənistan daha üstün mövqedə olduğu dövrlərdə Azərbaycanla kompromislər axtarmalıydı. Ancaq Ermənistan buna cəhd etmədi və böyük səhv buraxmış oldu. İndisə artıq çox gecdir. Çünki rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq, Qarabağa Azərbaycanın tərkibində hər hansı “status”un verilməsi mövzusunu artıq müzakirə belə, etmir”.
Göründüyü kimi, rəsmi İrəvanın və Qarabağdakı erməni separatçı-terrorçuların hay-küyləri heç bir nəticə vəd etmir. Bu məsələ artıq həll olunub. İndi Ermənistan daha çox öz mövcudluğunu qorumaq barədə düşünməlidir. Əks halda, Fransanın nəinki məsləhətləri, heç dəstəyi belə, Ermənistanı xilas etməz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
скачать dle 12.1