Bia.Az

İdarə rəisi Akif Məmmədova "dur" deyən TAPILMIR - Cünki arxasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə DAYANIR

Fakt
 31-03-2022, 15:48     677

İsmaylllı rayonu Sulut yolunun üstündə meşə soyqırımı narazılıqla qarşılanıb. 

Bu barədə Qaynar.media-ya iş adamı Adil Əsədov məlumat verib və video-süjet göndərib. O, bu qanunsuzluqda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə cənabın susulayır:

"İsmaylllı rayonunun Sulut yolunun üstündə meşə soyqırımına bilərəkdən göz yumulur. Bunu deməyə əlimdə onlarla faktlar var. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov İsmayıllı meşələrinə qənim kəsilib. O, bu əsrarəngiz meşələrə sözün həqiqi mənasında biznes mənbəyi kimi baxır. Maraqlısı odur ki, bu adama "gözün üstə qaşın var" deyən yoxdur. Meşələrin beləcə vandallıqla məhv edilməsi, qırılaraq taxta istehsal edən sexlərə satılması, kömür istehsal olunması və sair insanda igrah hissi yaradır. Düşünürsən ki, niyə belə qanunazidd əməllərin törədilməsinə "dur" deyən tapılmır."

iş adamı Adil Əsədov deyir ki, müvafik sənəd, lesenziya olmadan nə agac kəsmək, nə də kömür istehsalı etmək olar. Ancaq təəssüf ki, İsmayıllı rayonunda bütün satış mərkəzləri, yerli bazar Akif Məmmədovun gözü qarşısında kömür istehsal edir, satır və ölkənin ayrı-ayrı yerlərinə daşıyırlar: "Bəs niyə İsmayıllı 6 saylı regional ekologiya idarəsinin rəisi Akif Məmmədov ərazisində baş verən bu qanunsuzluqları görməməzlikdən gəlir. Belə çıxır ki, bütün bu neqativ hallara o özü şəxsən "yaşıl işıq" yandırır. Nöqsan tutanda da hec kəsi saymır, hələ bir üstəlik "xox" da gəlir. Cünki Nazirlikdə köhnə dostu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə arxalanır. Baş verənlər bunu deməyə əsas verir ki, doğurdan da Akif Məmmədovu o müfafiə edir. Əgər belə olmasaydı bu qədər fakt və sübutların olmasına baxmayaraq Nazirlikdən bir dəfə də olsa audit yoxlaması aparılardı" deyə Adil Əsədov bildirib.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.



BİA.AZ



скачать dle 12.1