Bia.Az

"Qarabağ" yenə böyük hesabla qalib gəldi

İdman
 Dünən, 02:06     212

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada üz-üzə gələcək "Vestri" və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçiriləcək görüşə aşağıdakı həyətlərlə çıxacaqlar.

"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Baş məşqçi: Daniel Osafo-Badu
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Baş məşqçi: Qurban Qurbanov
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda Ağdam klubu 3:0 hesabı ilə qalib gəlib.
***
"Vestri" - "Qarabağ" oyunu başladı.
***
Muaddib 5-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirdi: 0-1.
***
Bikalyo 29-cu dəqiqədə "Qarabğ"ın ikinci qoluna imza atdı: 0-2.
***
57-ci dəqiqədə Savo fərqi daha da artırdı: 0-3.
***
"Qarabağ" ikinci görüşdə də 3-0 hesabı ilə qalib gələrək, növbəti mərhələni təmin etdi.скачать dle 12.1