Bia.Az

Beyləqan: Dövlət qulluğunda kadr siyasəti “Xaç Atası”nın əlini öpməklə tənzimlənir

Fakt
 16-05-2021, 17:59     470

Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər.

Bütün bunlar cəmiyyətdə sosial ədaləti və cəmiyyət üzvlərinin layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açmışdır. Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.
Deməli, dövlət qulluğunda çalışacaq kadrların seçilməsində də diqqətli olmaq lazımdır. Təxmin etmək olar ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev də bu məsələdə çox diqqətlidir. RİH başçısının sosisl-iqtisadi məsələlər üzrə müavini, RİH-nin Beyləqan şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyinin müavin vəzifələrinin iki ildən artıqdır ki boş qalması, kənd ərazi icra nümayəndəliyinin müvəqqəti icraçılara həvalə olunması yəqin o anlama gəlir ki, həmin mühüm vəzifələrə layiq kadrlar hələ tapılmayıb.
Amma çox qəribədir ki, rayon icra hakimiyyətinin başçısı Beyləqan Mənzil İstismar Sahəsinin rəhbər vəzifəlilərinin təyini məsələsinə nə səbədənsə o qədər də ehtiyatlı yanaşmayıb. Belə ki, MİS rəisi vəzifəsinə əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin rəhbəri postundan korruptiv əməllərinə görə qovulmuş Anar Vəliyevin təyin olunması yerli ictimaiyyət tərəfindən təəccüb və təəssüflə qarşılanmışdı. Axı Anar Vəliyevin işi Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təhqiq olunmuş və onun vətəndaşlara saxta əmək stajı tarixçəsi düzəldilməsi yolu ilə artıq məbləğdə pensiya təyin etməsi, bir sözlə,  “pensiya alverçisi” olduğu bəlirlənmiş, dövlətə külli miqdarda zərər vurduğu barədə məlumatlar yayılmışdı. Heç kim zəmanət verə bilməz ki, o, hazırki vəzifəsində də korrupsiyaya rəvac verməyib, sərəncamına verilən maliyyə vəsaitlərini mənimsəməyib, təyinatı üzrə və səmərəli xərclənməsini təmin edib. Hərçənd, bu ayrı söhbətin mövzusudur.
Eynən Anar Vəliyevin uzun illərdir dostluq etdiyi Bulud Aslanovu MİS rəisinin müavini vəzifəsinə gətirməsi də birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, MİS-nin cəmi 22 nəfər işçisi var. İdarədə ixtisasına görə vazkeçilməz postda qərar tutan baş mühəndis elə rəis müavini vəzifəsinin də öhdəsindən asanlıqla gələ bilər. Belə olan halda rəis müavini ştatını mütləq kiminsə doldurmasına və işləmədiyi halda layiq olmadığı 360 manat maaşı müftə yeməsinə nə ehtiyac vardı? Bu sual həm də dövlətin maliyyə siyasətini həyata keçirməklə vəzifələndirilmiş, büdcənin pulunun qənaətlə  xərclənilməsinə cavabdeh olan şəxslərə verilməlidir. Ümid edirik ki, Beyləqan rayonu üzrə Maliyyə İdarəsinin (və yaxud şöbəsinin müdiri İslam Allahverdiyev) rəisi bu suala cavab verəcək. Axı, rəis müavinin zəhmətsiz gəlir əldə etməsi maliyyə rəisinin “xeyir-duası olmadan reallaşa bilməzdi. Yeri gəlmişkən, o sualı redaksiya olaraq Maliyyə Nazirliyinə də göndərəcəyik.
Ümumiyyətlə, Anar Vəliyev idarənin ştat cədvəlində olan 22 nəfər sayını saxlamaq şərtilə yerdəyişmələr edir, ştatların adlarını dəyişir, bu məsələ ilə manipulyasiyalar apararaq istədiyi işçini çıxarıb başqası ilə əvəzləyir. Məsələn, hansısa bir ştatı ləğv edərək (əslində adını dəyişərək) yerində əndrəbadi şta, kargüzar-qeydiyyatçı ştatı yaratmış, uzun illər həmin vəzifədə qüsursuz işləmiş qadın işçini də əsassız olaraq “sənin ştatın ləğv olundu” adı ilə kənarlaşdıraraq yerinə başqa adam gətirmişdir.
Bulud Aslanovun imkanları barədə təsəvvürü dəqiq olan Beyləqan sakinləri yaxşı bilirlər ki, o, 360 manat maaşın xatirinə bu işə qol qoymayıb. Söz gəzir ki, ona hazırki vəzifəsi bir növ tramplin kimi lazım olub. O da qeyd olunur ki, Vəliyev və Aslanov Beyləqanda bütün strateji vəzifələri, böyük gəlir mənbələrini ələ keçirmək üçün uzunmüddətli strategiya həyata keçirən bir ağsaqqalın – əlini öpdükləri “Xaç Atası”nın rəhbərlik etdiyi klanın üzvləridir. “Xaç Atası”nın icra başçısına sözü – buyuruğu “şıppıltı” ilə keçdiyindən, klan da xərçəng şişi kimi qol-budaq ataraq öz sadiq üzvlərinin imkanlarını və vəzifələrini artırmaqla qayğılanır, onların dövlət qulluğunda irəli çəkilmələri üçün sərmayə qoyur.
Mövzuya qayıdacağıq.
RealMedia.azскачать dle 12.1