Bia.Az

Psixi pozğunluğu olan uşağa qarşı VƏHŞİLİK - Video

Fakt
 17-02-2024, 14:53     450

anınmış jurnalist Ləman Ələşrəfqızı özünün sosial şəbəkə hesabında Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında müalicə alan uşağın döyülməsi barədə məlumat paylaşıb.

Dia-az.info jurnalistin qeydlərini təqdim edir:

Bu oğlan Heydər Xudayevdir. Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında müalicə alır. Uşaq şizofreniyasından əziyyət çəkir. Anası Rəna İbrahimova deyir ki, oğlunun qulağını xəstəxanada sındırıblar. Və bu haqda xəstəxana rəhbərliyinə, Səhiyyə Nazirliyinə, hətta ombudsman Səbinə Əliyevaya belə şikayət edib məsələnin araşdırılmasını xahiş edib. Amma heç kim cəzalandırılmayıb. Əksinə, deyiblər ki, uşaq yıxılıb, qulağı dəyib və s. Ana isə deyir ki, oğlu konkret adlar çəkir və o, oğlunun yalan danışmadığına inanır. Çünki, övladını yaxşı tanıyır.
Məsələnin ictimailəşdirilməsində bizdən yardım istəyən ananın xahişini yerinə yetirir və əlaqədar qurumları bu fakta diqqətlə yanaşmağa çağırıram.

Məsələni diqqətdə saxlayacağıq.


скачать dle 12.1