"İkinci dəfədir ki, pulumu mənimsəyirlər..." - GİLEY
" "MPay" vasitəsilə "Azərsu" smart kartına 5 manat pul yükləsəm də, sayğac kartına yüklənməyib". Dia-az.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fuad adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Ödəniş çıxıb, amma "Mpay" hesabımdan.
Özlərinə problemi yazsam da, "vəsait sizə geri qaytarılacaq" deyə yazıblar, amma hələ də vəsait qayıtmayıb.
Bu artıq 2-ci haldır, eyni problemi yaşayıram..."