Bia.Az

Hərbi prokuror Xanlar Vəliyevə şok müraciət: polkovnik-leytenant və mayorun inanılmaz əməlləri...

Fakt
 10-01-2024, 12:29     250

Rəhimova Elvira Xudaverdi qızı hərbi prokuror Xanlar Vəliyevə müraciət edib. Anaxeber.info bildirir ki, vətəndaş Salyan rayonunun Dayıkənd
kəndində qeydiyyatdadır. Onun sözlərinə görə, hazırda Bakının Yasamal rayonu, Nazim Hikmət küçəsi (MİDA) yaşayış
kompleksində bina 10, mənzil 24 ünvanında yaşayır. E.Rəhimova bildirir ki, 10.08.2017- ci il tarixindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ərizə və şikayətlər hissəsində operator-arxivarius vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçu kimi xidmətdədir. Hərbi prokurora müraciətində hərbi qulluqçu qeyd edir ki, Xidmətdə olduğu şöbənin rəisi polkovnik-leytenant Qənbərov Rəşad Müştəba oğlu və onun birinci müavini mayor Əjdər Cəlali ona və bütün şəxsi heyətə qarşı qanunsuz
əməllər törədir, vəzifəsindən sui-istifadə edərək əməkdaşların şərəf və ləyaqətlərini alçaldaraq
hüquqlarını kobudcasına pozur və bunu məqsədyönlü şəkildə edir. "Tabeçiliyində olan şəxsi heyətin
məharət dərəcələrini vaxtında göndərmir, məqsədli şəkildə gecikdirir. Məzuniyyəti qrafik üzrə
göndərmir, qəsdlə bayram günlərinə, yəni qeyri - iş günlərinə salır, insanın əsəbləri ilə oynayır. Ərizə və
şikayətlər hissəsində 3 ali təhsilli xanım ola-ola vakant hissə rəisi vəzifəsinə (gizir rütbəsini tələb edir)
natamam orta təhsilli çavuş Manaflı Təhminəni müvəqqəti olaraq təyin edib. 8 aydır o vəzifəni əvəz
elətdirir ki, 1 ili tamam olanda avtomatik onu o vəzifəyə daimi təyin etsinlər. Həftədə ən azı 2-3 dəfə bir saat olmaqla bizi ayaq üstə saxlayır sırada, guya "razvod" keçir bizə. Və mənim iş yoldaşım olan
Hüseynli Aysel hamilə olduğundan Müdafiə Nazirliyinin Hərbi poliklinikasının arayışını (sıradan kənar
olmaq barədə) kargüzarlığa təqdim etməsinə baxmayaraq, onu da sıraya qoyur. Və sonra azyaşlı uşağı
olan anaları iş vaxtından 1 saat tez buraxmalı olduğu halda, icazə vermir, deyir ki, olmaz" - deyə müraciətdə qeyd olunur. Şikayətçi deyir ki, sonra kim haqqını tələb edirsə, ona səbəbsiz və xəbəri olmadan töhmət yazdırır: "Kompüter arxasında işləyə-işləyə
çay içmək qəti qadağandır, icazə vermir. Bayram günlərində bizi çağırır işə,
13:00-a qədər saxlatdırır işdə, sonra buraxdırır, özü də gəlmir işə, telefonla idarə edir, zəng edib deyir ki, buraxın getsinlər. Mayor Əjdər Cəlali ilə hissə rəisi vəzifəsin müvəqqəti əvəz edən çavuş Manaflı
Təhminənin arası çox yaxşıdır, bir dediyini iki etmir. Və bir də qeyd edim ki, mənim yoldaşım
Rəhimov Tural Mühəndis oğlu 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və mən bununla fəxr
edirəm ki, Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mənim də yoldaşım döyüşüb. Amma Rəşad Qənbərov kimi zabitlər burada, Bakıda kabinetdə otura- otura veteranlıq almaq istəyirmiş, amma
yaxşı ki aidiyyəti qurumlar onun veteranlığını qəbul etmədilər, sənədlərinin saxta olduğu üzə çıxdı. Və Əjdər Cəlali nəinki müharibədə iştirak etməyib, heç onun xidməti dövründə ön cəbhədə xidməti
yoxdur. Xidmətə Bakının Biləcəri qəsəbəsində yerləşən Hərbi Polisdə başlayıb, 6 ildir ki, Mərkəzi
Arxivdə müavinidir. Keçən il də rotasiyaya düşmüşdü, yerini dəyişməli idilər, nə etdi, neynədisə, qaldı
yerində, getmədi ön cəbhəyə. Polkovnik-leytenant Rəşad Qənbərov və mayor Əjdər Cəlalinin qeyri-qanuni hərəkətləri və özbaşınalıqları məni və o cümlədən də şəxsi heyəti bezdirib artıq.
Mən də bir gənc vətəndaş kimi ulu öndərimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz,
Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü siyasəti dəstəkləyir, Sizin kimi səlahiyyətli
rəhbər vəzifəli şəxslərin sayəsində Azərbaycanın daha da uğurlu inkişaf edəcəyinə səmimi qəlbdən
inanır və Sizdən müraciətimin araşdırılmasını xahiş edirəm".

Anaxeber.infoскачать dle 12.1