Hadinin qəbri... - Ədalət Qarabulud

...şeir kimi,
muğam kimi,
elə asfaltın
cızzağın çıxaran
yay yağışı kimi
dupduru göz yaşları
elə bil nar dənələriydi
sıxsaydın
qanı damardı yanağlarına...
titrəyirdi əlləri
yüz ilin "paxmel"i kimii...
yoxdu əlaç
"yüz"ə möhtaç...
yox, o, Yesenin deyildi
gəzib meyxanələri
"yüz" dilənsin,
öləndə
bir kişi tapılmasın
qadınlar dəfn eləsin...
bir istiqlal aşiqiydi,
özünü yox,
adını tanıyırdılar...
bənizi
elə bil ağappaq qardı...
cuxura düşmüş
ğözləri
bir az badamı...
o, Hadi idi, Hadi
dünyanın
ən qərib adamı...
bir azdan
ucub ğedəcəkdi
Allahın dərğahına...
duaları
badamı ğözündə,
ruhu
qəbri tək
ğöyərəcəkdi
göy üzündə...
28.08.2024
Ədalət Qarabulud.