Bia.Az

”BU QIŞ QORXU HÖKM SÜRƏCƏK” - Avropa soyuq və bahalı qışa hazırlaşır...

Dünya
 19-10-2022, 15:42     171

“Texniki kəsintilər və siyasi səbəblərə görə qaz çatışmaya bilər”

Ukraynanı müharibədə hərtərəfli dəstəklədiyinə görə, Rusiya Avropaya qarşı qaz şantajına başlayıb. Kreml Avropaya və əsasən də ondan daha çox təbii qaz tədarük edən Almaniyaya gedən mavi yanacağı müxtəlif bəhanələrlə kəsir. Avropa ölkələri qaz təchizatı ilə bağlı problemləri həll etmək üçün təcili surətdə alternativ mənbələr axtarırlar və bu istiqamətdə böyük irəliləyişlər var.
Amma Rusiya qazının tam əvəzlənməsi üçün müəyyən vaxt lazımdır. Ona görə də Avropa rus qazından qurtulana qədər qarşısında dayanan ən böyük problemi həll etməli, qışda yarana biləcək yanacaq qıtlığının öhdəsindən gəlməlidir.

“AzPolitika.info” xəbər verir ki,ABŞ-ın “The Wall Street Journal” qəzeti “Qış yaxınlaşdıqca Avropada enerji böhranının artacağı gözlənilir” başlqılı məqaləsində bu mövzuya toxunur. Həmin məqaləni təqdim edirik: ”Avropa Rusiya qazı olmadan qışa hazırdır, amma bundan sonra o, artıq səhv edə bilməz.

İtaliyanın enerji məsələləri üzrə naziri Roberto Çinqolini deyib: ”Bu qış qorxu və qeyri-müəyyənlik hökm sürəcək. Əgər havaların çox soyuq keçməsi kimi fəlakətli hallar baş verməzsə, qışdakı çətinliklərin öhdəsindən gələ bilərik. Biz yalnız ümid edirik ki, heç bir kəsinti olmasın”.
Avropa enerji böhranında ən ön səfdə dayanır, indi hökm sürən enerji qıtlığı Ukraynada gedən müharibə ilə tandem təşkil edir. Ukraynaya hərbi təcavüzə başlayan Rusiya qaz tədarükünü azaldıb. Avropanın rəsmi şəxsləri Rusiyanın hərkətlərini iqtisadi hücüm adlandırırlar. Rusiyanın məqsədi Qərbin Kiyevə göstərdiyi maliyyə yardımını zəiflətməkdən ibarətdir. Bunun əvəzində Avropa Rusiyanın enerji resurslarından əldə etdiyi gəliri kəsmək qərarına gəlib və bu ilin sonunda neft alışına embarqo qoyacaq.

Norveçdən və ABŞ-dan maksimal həcmdə Sıxılmış Təbii Qaz(STQ) alan Avropanın qaz anbarları 90 % doludur. ”S&P Golbal Commodity İnsights” agentliyinin məlumatına əsasən hazırda Rusiyadan boru ilə gələn qaz Avropanın tədarük etdiyi mavi yanacağın ümumi həcminin yalnız 6 faizini təşkil edir. Ukrayna müharibəsindən öncə isə bu göstərici 30 faizə bərabər idi. Bundan başqa, Avropa Rusiyadan az miqdarda STQ idxal edir.
Avropa sahillərində STQ qəbulu üçün üzən terminalların tikintisi davam edir və bu, Almaniya kimi ölkələrin soyudulmuş yanacaq saxlamasına imkan verəcək. Avropa Birliyi ölkələri birləşdirici transsərhəd boru kəmərləri şəbəkəsini genişləndirirlər. Məsələn, Polşa və Slovakiya arasında yanacaq digər ölkəyə lazım olduğu vaxtda gedib çatacaq və yolda ləngiyib qalmayacaq.
Qış aylarında yanacaq qıtlığı ilə üzləşməmək üçün avropalılar enerjidən qənaətlə istifadə edirlər. Kağız və şüşə istehsalı ilə məşğul olan müəssisələr imkan daxilində neftdən daş kömürə keçirlər. Bəzi zavodlar və fabriklər isə bağlanıb. Elektrik enerjisi istehsal edənlər daha çox kömür yandırmağa üstünlük verirlər.
Əgər qış soyuq keçərsə, tələbat artacaq və ehtiyatlar tükənəcək. Ən pis gözləntilərə görə qiymətlərin çox yüksək həddə qalxması korporativ və maliyyə sektoruna ciddi zərbə vura bilər. Digər yandan, əgər külək olmayacaqsa, külək trubinlərinin işi axsayacaq və ya qış buludlu keçərsə, günəş elektrik stansiyalarında hasil edilən enerjinin həcmi də azalacaq.
Qışın necə keçəcəyinin dəqiq proqnozu noyabr ayının əvvələrində bəlli olacaq. İlkin əlamətlərə görə, ilin sonunda hava soyuq və küləksiz keçəcək, 2023-cü ilin əvvəllərində isə havanın temperaturu bir qədər yüksələcək.
Daha bir təhlükə də var. Texniki kəsintilər və ya siyasi səbəblərə görə qaz çatışmaya bilər. ”Şimal axını”nda ehtimal olunan diverisyalar və Norveçin qaz hasil edən platforması yaxınlığında dronların görünməsi enerji infrastruktur obyektlərinin qorunmadığından xəbər verir.
Rəsmi şəxslər və analitiklər deyirlər ki, Moskva Ukraynadan və Türkiyədən gələn qazı kəsə bilər. Mərkəzi və Şərqi Avropa ölkələri Rusiyadan boru kəməri vasitəsilə yanacaq almaqda davam edirlər. İlk növbədə Moldova istifadə etdiyi bütün təbii qazı Ukraynadan gələn boru vasitəsilə alır. Ona görə də bu ölkələrin hədsiz zəif yerləri var.

Digər riskləri də hesabdan silmək olmaz. Bunların içərisində Fransadakı Atom Elektrik Stansiyalarının uzun müddətə durdurulması ehtimalı da yer alır. Fransanın atom energetikasının təmirə və xidmətə ehtiyacı var və elə bu səbəbdən son həftələr bir çox elektrik stansiyasının istismarı müvəqqəti dayandırılıb.
Avropanın qışla əlaqədar əsas planının tərkib hissəsi qaz istehlakının azaldılmasıdır. Avropa Birliyi onu 15 faiz azaltmaq niyyətindədir. ”ICIS” analitik firmasının məlumatında deyilir ki, sentyabr ayında qaz istehlakı son beş ilin orta göstəricisindən 11 faiz aşağı olub.
Rəsmi nümayəndələrin fikrinə görə Avropa əhalisi mavi yanacaqla bağlı qənaətə üstünlük verməlidir. Beynəlxalq Enerji Agentliyinin analitiki Qerqeli Molnar deyib: ”Biz birinci imtahanı verə bildik. Əhalinin yanacaq istehlakı ilə bağlı vərdişlərinin dəyişməsinə vaxt lazımdır”.
Avropanın bəzi ölkələri enerjiyə qənaət edilməsilə bağlı məcburi tədbirlər həyata keçiriblər. Fransa və Almaniya mağazaların və ictimai binaların gecə vaxtı işıqlandırılmasını məhdudlaşdırıb. İtaliyada, Fransada və İspaniyada yaşayış evrlərinin və ofislərin 19 dərəcə selsiyə kimi qızıdırılması nəzərdə tutulur. İtaliyada əvvəlki illərə nisbətən ictimai binalara və şəxsi evlərə istilik bir həftə gec veriləcək.
Bir çox ölkə rəhbərləri deyirlər ki, qazla təchizat heç də əsas problem deyil. Bu il İtaliya Rusiya qazından imtina edib və boru kəməri ilə Şimali Afrikadan böyük həcmdə qaz alır və həm də terminalları STQ ilə doldurub. İtaliyanın qaz anbarları 93 faiz dolu olduğundan onlar qazın bir hissəsini digər Avropa ölkələrinə ixarc da edə bilərlər.

Nazir Roberto Çonqalani deyib: ”Əsl problem qaz çatışmazlığı deyil, qiymətdir. Vətəndaşlar hesabı ödəməmək vəziyyətinə düşə bilərlər, şirkətlər isə qiymət artımına görə bağlanma riski ilə qarşılaşarlar”
Avropa Birliyindəki siyasi fikir ayrılığı böhrana qarşı birlikdə reaksiya göstərməyə mane olur. İtaliya qazın qiymətlərinə məhdudiyyətlər qoyulmasında israr edən ölkələrdən biridir. Almaniya və Avropa Biriliyinin digər varlı ölkələri bu təkilfə qarşıdırlar. Amma hazırda Avropa Birliyi ölkələri bu təklifi müzakirə edirlər. Rusiya artıq bəyan edib ki, qiymət limiti qoyulacağı təqdirdə tədarükü dayandıracaq.
Rusiyanın enerji daşıyıcları bazarında əvəzlənməsi böyük xərc tələb edir. Bu gün qazın qiyməti bir meqavatt/saat üçün 140 avroya başa gəlir. Avqust ayının sonlarında bu qiymət iki dəfə baha idi. Amma bir il öncə qazın qiyməti indikindən üç dəfə aşağıydı.
Tədarük azalacağı təqdirdə hakimiyyətlər elektirk enerjisinin kəsilməsi və norma ilə verilməsi planını işə salmağa hazırlaşırlar.
Almaniya hökuməti fövqəladə vəziyyət tətbiq etməklə qazın paylanmasına cavabdehliyi milli tənzimləyici strukturuna verir. Əgər vəziyyət pisləşərsə, AB üzv ölkələri istehalkı azaltmağa məcbur edə bilər.
Avropanın bu il qışı necə keçirəcəyi bir idlən sonra qaz qıtlığının nə dərəcədə kəskin ola biləcəyini müəyyənləşdirməyə kömək edəcək. Əgər 2023-cü ildə anbarladakı ehtiyat azalarsa, Rusiyadan tədarük olmadan ehtiyatın bərpa edilməsi çətinləşəcək”.скачать dle 12.1