Bia.Az

“Putinin generalları daha ona inanmırlar” – ABŞ generalı

Dünya
 17-10-2022, 00:50     174

RF Baş Qərargahı və Rusiya Prezidenti Vladimir Putin arasında inamın itirilməsi öz arxasınca partlayış törədə bilər.


Bu barədə «Ecprecco» telekanalının efirindən ABŞ Quru qoşunlarının Avropadakı kontingentinin eks-komandanı, general-leytenant Ben Hoces danışıb («UNİAN»).

Onun sözlərinə görə, Putin yeni komandan təyin edib, çünki yenisi ona loyaldır. «Surovikin Rusiya işğal ordusunun yeni komandanıdır və brutal və korrupsiyalaşmış reputasiyaya malikdir. Kimsə təəccüblənəcəkmi ki, Kreml korrupsiyalaşmış cinayətkarı və canini yeni komandan vəzifəsinə seçir? Bu ki, proqnozlaşdırılmışdı. Üstəlik də o, hələ loyaldır da, bu isə hazırda vəzifəyə təyin olunmaqda ən vacib «keyfiyyətdir», çünki Putin bundan narahatdır ki, onun generalları onu əvvəlki kimi dəstəkləmirlər» - Hoces izah edir.

Onun sözlərinə görə, hələlik əhəmiyyətli deyil ki, RF yeni komandan kim olacaq. Rus ordusunun problemləri o qədər dərin və sistemlidir ki, yeni rəhbər bunu bir neçə həftəyə və aya düzəldə bilməyəcək.

«Korrupsiya, hava qüvvələri, quru qoşunları və donanma arasında koordinasiyanın olmaması, logistika sisteminin dağılması. Bütün bunlar o qədər qorxuludur ki, əhəmiyyəti yoxdur, kim komandan olur, o, bütün bunu təzədən qura bilməz. Belədə, yeni komananın hansı fərqi var? Düşünürəm ki, o, bu və ya başqa brutal tip taktikanı davam etdirəcək və onlar nə qədər tez məğlubiyyətə düçar olsalar, o qədər yaxşı olar» - Hoces fikirini yekunlaşdırıb./AzPolitika.info/скачать dle 12.1