Tramp BMT-ni dağıdır: 4 regionda müharibə başlayır – Ssenari

Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.
Prinsip etibarilə ABŞ-da müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələ yenidən aktuallaşıb. ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var:
Birincisi, maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-ın xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır.
İkincisi, təşkilatın beynəlxalq siyasətdəki mövqeyi ABŞ dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir.
ABŞ-ın BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Çünki demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini deyirlər.
Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-ın BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır.
Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ı BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-ın BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər.
Ümumiyyətlə, BMT-nin fəaliyyəti təkcə ABŞ tərəfindən deyil, bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var:
- BMT-də reformlar olmalıdır;
- BMT-ni ləğv edib, yeni sistem tərtib edilməlidir.
- İran-İsrail müharibəsi fonunda İrana müdaxilə;
- Tayvan münaqişəsi və buna paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması.
Hər halda proseslər tamam fərqli də ola bilər. Xarici KİV-lərdə hazırda belə bir iddia var ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Szinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Szinpinə aça, vəd verə bilər. Hər halda bunu zaman göstərəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı