Bia.Az

Əməliyyatdan son dəqiqə xəbəri: “Ordu Tel Rıfata daxil oldu”

Dünya
 2-12-2024, 01:17     551

Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel Rifata daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Artıq müxalif döyüşçülər PKK/YPG terrorçularının şəhərin mərkəzindən təmizlənməsini həyata keçrir.

***

Müxalif Suriya Milli Ordusu bu gün başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rifat bölgəsini tam mühasirəyə alıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Suriya Milli Ordusu Şeyh Neccar sənaye bölgəsinə qədər irəliləyib və bununla da Tel-Rifat bölgəsi tam mühasirəyə alınıb.

Əməliyyat çərçivəsində Tel Rıfatdakı Minnığ Hava Limanı, Şevergaelrız, Tennep, Malikiyye, Keffin, Kefernaya, Miskan, El-Cuz, Tatmıraş, Tel İneb, Mezeret Hamad, Zoyan və Maranaz kəndləri, Zuyan təpəsi də PKK/YPG terrorçularından təmizlənib və müxalif Suriya Milli Ordusunun nəzarətinə keçib.

Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.

***
Müxalif Suriya Milli Ordusu Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından geri alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə (AA) yazıb.

Son məlumata görə, “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi azad edilib”.

Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini işğal etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.скачать dle 12.1