Türkiyədə təyyarə qəzası: iki pilot öldü

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində hər iki pilot ölüb. Qəzanın səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.