Bia.Az

Qərb bizi məğlub etmək istəyir, buna məcburuq - Peskov

Dünya
 23-09-2024, 09:48     266

Rusiya üçün xüsusi hərbi əməliyyatda qələbəyə alternativ yoxdur.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Müharibə gedir. Onlar bizimlə döyüşürlər. Onlar bizimlə kollektiv şəkildə vuruşurlar, qarşımızda kollektiv düşmən var. Onlar açıq şəkildə deyirlər ki, məqsədləri Rusiyanı strateji və taktiki cəhətdən məğlub etməkdir. Bu, bizi onların bu mövqeyinə çox ciddi yanaşmağa, fəaliyyətimizi bu təhlükəni nəzərə alaraq qurmağa və bütün məqsədlərimizə çatmaq, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək və qələbə qazanmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirməyə məcbur edir”, - Peskov bildirib.скачать dle 12.1