Bia.Az

Ukrayna rus desant alayının komandirini məhv etdi

Dünya
 23-09-2024, 00:10     302

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya Hava Desant Qüvvələrinin desant-hücum alayının komandiri, polkovnik-leytenant Aleksandr Kurini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Onun FPV pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edildiyi qeyd edilir. Kurinin məhvi Hava-Desant Qüvvələri üçün böyük itki sayılır.

Qeyd edilib ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələri Kurinin avtomobilinə FPV pilotsuz təyyarəsi ilə hücum edib və onun müavini Yuri Mixaylovu məhv edib.скачать dle 12.1