Dünən peycerlər, bu gün isə radio cihazlar partladılır: Livanda nə baş verir? – FOTO

Yeni partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, ən azı 450 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
***20:06
Livanda elektron cihazların silsilə partlayışları davam edir.
Globalinfo.az xəbər verir ki, bu dəfə avtomobil radiolarının partladığı müəyyən edilib.
Bir sıra şəhərlərdə çoxmənzilli binalarda yanğınlar baş verib, avtomobillər alışıb.
Xatırladaq ki, dünən Beyrut və digər bölgələrdə peycerlər partlayıb. Livan hakimiyyəti bu partlayışlara görə, İsraili günahlandırıb. Livanın müxtəlif bölgələrində peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.